DünyaGündəmQalmaqalSiyasət

WhatsApp-dan ehtiyatlı olun…

O, hətta, dövlət sirlərini də faş edə bilər.

“Witkoffgate” olayı getdikcə maraqlı şəkil alır: Rusiya prezidentinin köməkçisi Uşakov onun ABŞ prezidentinin nümayəndəsi ilə söhbətinin “WhatsApp” vasitəsilə sızdığını iddia edib. Putinin köməkçisi deyib ki, o, bəzən WhatsApp vasitəsilə iş danışıqları aparır və onlar “dinlənilə bilərdi”.

Uşakov iddia edir ki, təhlükəsiz rabitə xətləridən nadir hallarda sızma ola bilər, lakin WhatsApp başqa məsələdir, ona görə də söhbətin iştirakçılar tərəfindən sızdırılması “ağlabatan deyil”. İronik olan odur ki, Kremlin sözçüsü Witkoff ilə Rusiyada rəsmi olaraq qadağan olunmuş proqram vasitəsilə əlaqə saxlayıb.

«Важные истории» nəşrinin yazdığına görə, söhbət həqiqətən də WhatsApp-da olubsa və ələ keçirilibsə, o zaman yalnız üç variant mümkündür: proqramın arxa qapı sızıntısı var (Meta bunu inkar edir), Uşakovun cihazına casus proqramlar yoluxub və ya o, təminatsız əlaqə üzərindən danışıb və indi də qeyri-ciddi iddia irəli sürür.

 

Dadaş Əhmədli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Mehriban Əliyeva Yeni il və Həmrəylik Günü ilə bağlı paylaşım etdi

admin

Ana Kür haqqında maraqlı bilgilər

redaktor

Podolyak Rusiyanı məğlub etməyin yeganə yolunu açıqladı

redaktor