Rəqəmlərə diqqət yetirək
24 fevral 2022-ci ilə qədər Rusiya Ukraynanın 42000 km²(Krım, Donetsk, Luqansk) ərazisini işğal edib. 24 fevral 2022-ci ildən bəri bu günə qədər isə təxmini 70000 km² işğal olunub. Toplam rəqəm 112000 km²-dir. Ümumi olaraq Ukrayna ərazisinin 18.5% işğaldadır, 24 fevral 2022 ildən bəri bu günə qədər isə Ukrayna ərazisinin 11.5-12% ərazisi işğal olunub.
Digər nisbətə də diqqət yetirək, 24 fevral 2022-ci ildən bəri bu günə qədər Rusiya öz ərazisini 0.4%-ə böyüdüb(?). 0.4%.
Rusiya 4 ildir öz ərazisini 0.4% böyütmək üçünmü savaşır? Təbii ki, yox, Putin dəfələrlə müharibənin “ilkin səbəbləri”ni aradan qaldırılması üçün apardığını vurğulayırdı və biz, nəzərdə tutulan “ilkin səbəbləri” bilməliyik. Söhbət Ukraynanın Rusiyanın təsir zonasına qayıtmasından gedir.
Zbiqnev Bzejinskinin sözlərini xatırlamaq yerinə düşər:”Ukraynasız Rusiya artıq imperiya ola bilməz”.
Rusiya, bütün iqtisadi, hərbi və geosiyasi itkilərə ancaq o şərtlə dözürdü ki, Ukrayna onun təsir zonasına qayıtmalı olacaq idi, yəni öz suverenliyini itirəcək idi və Rusiya Ukraynanı özünə “qataraq” MDB-də mövqelərini qaytarmağa başlayacaq idi. İndi bir suala cavab verin, Rusiya, öz strateji fundamental məqsədinə nail ola bildimi?
Və bir dialoqu da xatırlatmaq istəyirəm, məncə bu dialoqda bütün suallarınıza cavabları tapacaqsınız. 2018-ci ildə bir jurnalist Lavrova sual verir:”Niyə biz L(D)XR-i(qondarma) Rusiya ərazisinə qatmırıq?”
Lavrov:”Siz istəyirsiniz ki, biz Luqansk və Donetski əldə edərək bütöv Ukraynanı itirək?”
Rusiya bu gün Ukraynanı birdəfəlik və həmişəlik itirdi, Ukrayna ilə yanaşı, Rusiya imperiya olaraq dağılmağa başlayır və bu proses müharibə dondurulandan sonra sürətlənəcək.
Bu müharibə, Rusiyanı imperiya olaraq məhv edəcək.
Azca tarix bilgiləri bəzi analoqiyaları görməyə yetər. Bu gün, Rusiya imperiyasının və SSRİ-nin dağılmasına səbəb olan eyni proseslər gedir(uğursuz müharibə, sanksiyalar, daxili narazılıq), EYNİ. Nəticə də fərqli olmayacaq.
Zamanla federasiyanın ayrı-ayrı subyektləri görəcəklər ki, Rusiyanın tərkibində olmasalar, qat-qat yaxşı yaşayacaqlar, inkişaf edəcəklər və nəticə etibarı ilə mərkəzdənqaçma prosesi qaçılmaz olacaq.
