GündəmSiyasət

Rəqəmlər başqa, görünən mənzərə isə tamam başqadır.

Laçın və Cəbrayılın kəndlərində 1 fərdi mənzilin dəyəri 171-236 min manat arasında dəyişir. Laçın rayonunun Bəylik kəndində bir ev 236,7 min manata başa gəlir. Zəngilan rayonunun Ağalı kəndində isə bir evin inşasına 245 min manata yaxın vəsait xərclənib.

Ağalı kəndində inşa olunmuş evlərin birində bir gecə qalmışam. Əminliklə deyə bilərəm ki, o tikilinin inşasına heç 50 min manat ödənməyib. Eləcə də Qarabağdakı digər evlərdə…

Bakının yaxın ətrafındakı ərazilərdə bu qiymətə (171-245 min manat) villa ala bilərsiz. Hətta balaca həyətdə inşa edilmiş 30-70 min manatlıq evlər də var. Özü də yalvarırlar ki, gəlin alın. Düşünün ki, belə evləri tikmək üçün 2-3 sotluq ərazi lazımdır. Hər bir sotun qiyməti var. Heç olmasa, 1 sotun qiyməti 5 min manatdır. Minimum götürsək, 10 min manat torpağın alınmasına gedir. Heç olmasa, tikilib satılan evdən də 10 min manat qazanc götürülür. Yəni 20 min belə getdi. Bu işi dövlət görsə, 70 minlik ev uzağı 50 min manata başa gəlməlidir. Mustafası o ki, Qarabağda tikilən hər evdə bizim şanlı hökumətimiz 120-180 min manat qatlayıb cibinə qoyur…

Özü də bu, təkcə işğaldan azad olunmuş tikililərlə bağlı deyil. Hər addımda, hər sahədə eyni mənzərə ilə qarşılaşacağıq. Məsələn, Müdafiə Nazirliyini götürək. 50 qəpiyə olan şey generallara məxsus qondarma şirkətlərin üzərindən 7-8 manata hərbi hissələrə daxil olur…

Sonra da deyirik ki, niyə uşaqpulu verilmir, niyə qazilər yaman gündə yaşayır, şəhid ailələri çıxılmaz vəziyyətdədir. Bu və ya digər səbəbdən ehtiyacı olan insanlar nədən sosial yardım almır…

Bir dəfə mən araşdırdım. Azərbaycanda çəkilən asfalt yolun dəyəri hətta dünyanın ən bahalı ölkəsi sayılan İsveçrəni belə geridə qoymuşdu. İsveçrədə yol işində işləyən fəhlə heç olmasa 13-14 min manat maaş alır. Bakıda fəhləyə heç 1500 manat vermirlər. Asfalta lazım olan komponentlər də Bakıda su qiymətinədir…

Heç şübhəsiz ki, cənab prezident ən xırda incəliyinə kimi bu fırıldaq işlərdən xəbərdardır. Ancaq o, bu biabırçılığa qətiyyən etiraz etmir. Əksinə, ölkəni başına alan korrupsiyaya göz yumur. Ona görə də Azərbaycanda yaxşıya doğru dəyişikliyin olması mümkünsüz görünür. Çünki iqtidarda belə bir niyyət yoxdur. Olsa, bu problemi, yəni vəsait çatışmazlığını asanlıqla aradan qaldırmaq olar. Bunun üçün bizim oğru oliqarx-məmurların tamah dişlərini bir-bir çəkib yerə qoymaq lazımdır. Bunu etmək üçün ölkə rəhbərində siyasi iradı olmalıdır. Təəssüf ki, biz İlham Əliyevdə belə bir siyasi iradə görmürük…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Tramp Dünya Çempionatı zamanı braziliyalılara viza verilməsini qadağan edə bilər – İDDİA

redaktor

Aİ-nin ATƏT nümayəndəliyi: “Azərbaycan hökuməti götürdüyü öhdəliklərə əməl etməlidir”

admin

Gül kələm bu xəstəlikləri sağaldır – TƏBİİ DƏRMAN

redaktor