20 C
Bakı
24 Oktyabr 2026 14:22
Dünyaİdman

Fransanı sarsıdan zərbələr: Banişevskinin tarixi oyunları

6 iyun 1966-cı il. Fransa-SSRİ arasında yoldaşlıq oyunu.  Sovet komandasının üzvləri
Soldan sağa: Çislenko, Metreveli, Danilov, Banişevski, Malofeyev, Ponomarev, Sabo, Afonin, Voronin, Bannikov, Şesternev.

Oyunun 64-cü dəqiqəsində Anatoli Banişevski Fransanın qapısından möhtəşəm bir zərbə ilə topu keçirir. Fransızlar şokda idi. Banişevski möhkəm qorunan Fransa müdafiəsini yararaq topu Daniel Eonun qapısından keçirdi.

Qeyd edim ki, 1965- ci ilin 20 oktyabrında Fransa ilə keçirilən yoldaşlıq görüşü zamanı da oyunun 37-ci dəqiqəsində Metrevelinin ötürməsini alan Banişevski tullanıb başla topu qapıya göndərdi. Stadion alqışlarla onun zərbəsini qeyd etmiş idi..

Fransa Azərbaycan futbolunun oyunçularının gücünü zəif bilməsin. Ola bilsin ki, biz bu gün uduza da bilərik, bərabərə qala da. Amma Fransa futbol tarixində Azərbaycanlı Banişevskinin zərbələrini xatırlasın. Park de Prens stadionda minlərlə insanın, milyonlarla fransızın TV kanalda baxdığı oyunda onların qapısından top keçirən məhz Azərbaycanlı idi.

 

Zaur Əliyev

Tacxeber.com

Oxşar xəbərlər

Adolf Hitlerin Bavariya Alplarında yerləşən iqamətgahı yandırılıb

admin

1962-ci il Karib böhranı zamanı dünyanı nüvə müharibəsindən xilas edən şəxs

admin

“Zirə” “Sumqayıt”a, “Qəbələ” “Araz-Naxçıvan”a qalib gəldi

admin