DünyaSiyasət

Rusiya Dövlət Dumasında vətəndaşların pensiyaya 10 il gec çıxması təklif olunub

Rusiya Dövlət Dumasının deputatları vətəndaşların pensiyaya çıxışını 10 il gecikdirmək imkanını nəzərdən keçirməyi təklif ediblər.

Tacxeber.com xəbər verir ki, bunu Dövlət Dumasının deputatı Svetlana Bessarab bildirib.

Onun sözlərinə görə, əgər vətəndaş pensiya yaşına çatdıqdan sonra beş il işləməyə davam edərsə, onun pensiya əmsalları 36% artacaq, sabit ödəniş isə 45% yüksələcək.

Deputat əlavə edib ki, pensiyaya çıxışın 10 il təxirə salınması halında əmsallar 2,32 dəfə indeksləşdiriləcək ki, bu da gələcək pensiyanın ölçüsünü iki dəfədən çox artıracaq. (Report)

 

Tacxeber.com

Oxşar xəbərlər

Mask indi də “TikTok”u ALMAQ İSTƏYİR?

redaktor

Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi təyin edildi

redaktor

Afrika uğrunda yeni oyun: ifşa, dezinformasiya, yoxsa güc balansının dəyişməsi?

redaktor