Xəbərin qısa icmalı
– “Yeni Müsavat”ın Rusiyanın Xəzəryanı ölkələrlə bağlı xarici siyasəti haqqında hazırladığı məqalədə iddia edilib ki, dünya kürü ehtiyacının 90%-ə yaxını Xəzərdə istehsal olunur.
– Kürü istehsalına görə hazırda Çin liderlik edir. Belə ki, Avropa Komissiyasının ən son 2018-ci ildə hazırladığı kürü bazarı ilə bağlı hesabatında dünyadakı kürü istehsalının 84%-inin Çinin hesabına düşdüyü qeyd olunur. 2025-ci ilə aid xəbərə əsasən isə, dünyadakı kürü istehsalının təxminən 60%-i Çində həyata keçirilir.
– Dünya Bankının 2023-cü ilə aid ixrac məlumatına əsasən də, kürü və kürü əvəzedicilərinin ixrac dəyərinə görə ölkələrin sıralamasına 127 milyon dollarlıq ixracla Çin başçılıq edir. Siyahıdakı ilk 15 ölkə arasında isə 5 Xəzəryanı ölkənin heç biri yer almayıb.
– Ənənəvi kürünün ixracında da Xəzəryanı ölkələr əsas paya sahib deyillər. belə ki, Çin ənənəvi kürü ixracında da 82.7 milyon dollarlıq ixracla ilk sıradadır və dünya kürü bazarının 38.8%-ini təmin edir.
“Yeni Müsavat”ın Rusiyanın Xəzəryanı ölkələrlə bağlı xarici siyasəti haqqında hazırladığı məqalədə iddia edilib ki, dünya kürü ehtiyacının 90%-ə yaxını Xəzərdə istehsal olunur.
Tacxeber.com xəbər verir ki, “Fakt Yoxla” “Yeni Müsavat”ın xəbərinin doğru olub-olmadığını yoxlayıb.
Kürü istehsalına görə hazırda Çin liderlik edir. Belə ki, Avropa Komissiyasının ən son 2018-ci ildə hazırladığı kürü bazarı ilə bağlı hesabatında dünyadakı kürü istehsalının 84%-inin Çinin hesabına düşdüyü qeyd olunur. 2025-ci ilə aid xəbərə əsasən isə, dünyadakı kürü istehsalının təxminən 60%-i Çində həyata keçirilir. Çinin istehsaldakı liderliyi onun həm də ən nəhəng kürü ixracatçısı olmasına da imkan yaradır. Belə ki, Dünya Bankının 2023-cü ilə aid ixrac məlumatına əsasən də, kürü və kürü əvəzedicilərinin ixrac dəyərinə görə ölkələrin sıralamasına 127 milyon dollarlıq ixracla Çin başçılıq edir. Siyahıdakı ilk 15 ölkə arasında isə 5 Xəzəryanı ölkənin heç biri yer almayıb. Başqa bir araşdırmaya əsasən, Çin kürü və kürü əvəzedicilərinin ixracının təkcə dəyərinə görə yox, həm də həcminə görə dünyada ilk sıradadır.
Ənənəvi kürünün ixracında da Xəzəryanı ölkələr əsas paya sahib deyillər. belə ki, Çin ənənəvi kürü ixracında da 82.7 milyon dollarlıq ixracla ilk sıradadır və dünya kürü bazarının 38.8%-ini təmin edir:
Mənbə:Tendata
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, “Yeni Müsavat” saytında yayımlanan dünya kürü ehtiyacının 90%-ə yaxınının Xəzər dənizində istehsal olunması ilə bağlı iddia yanlışdır.
