Qul ticarətinin kökü Avropada Amerika qitəsinin kəşfindən əvvəl də var idi. Lakin Amerika qitəsi kəşf ediləndən sonra avropalılar böyük plantasiyalarda işçi tapa bilmədilər. Yerli əhali işləmirdi və heç işləmək fikirləri də yox idi. Çünki onların boyu və fiziki gücləri buna imkan vermirdi. Avropalılar gedib Afrikada qul ticarətinə girişdilər. Onlar silahlı dəstələrə Afrikanın dərinliklərinə daxil olur, böyük bir kəndi mühasirəyə alır və işləyə bilən hər kəsi yığıb aparırdılar.
Təsəvvür edin normal həyat sürən yerdə adamları ömrünün sonuna qədər ağır plantasiyalarda işləməyə məcbur edilirdilər. Balaca gəmilərə böyük bir insan dəstələri yığıb günlərlə yol gedirdilər. (Bu yerdə məshəti türklərinin qatarla Sibirə daşınması səhnəsi yadıma düşdü)
Onların çoxu elə yolda həyatını itirir, qitəyə çatanlar isə ən güclülər olurdu. Ümumi 12 mln qul Amerikaya aparılmışdı. Düzdü onlara Cənubi Amerikada normal vətəndaş kimi baxdılar sonralar. Yəni, əhaliyə qaynayıb qarışıb həyatlarını davam etdilər.
Amma bu çox sonra oldu, o vaxta qədər milyonlarla insan zülm içində ağır işlər görüb həyatını itirdi.
