12 C
Bakı
29 Mart 2026 20:31
DünyaGündəm

Təhlükə Rusiyadandır…

Sizcə rəsmi Bakı 8 noyabr hərbi paradına nə üçün Türkiyə və Pakistan dövlətlərini dəvət etmişdi? Məqsəd nə idi ? F 16 ların uçuş həyata keçirməsi hansı anlamı daşıyırdı?

Qeyd edim ki, Prezident İlham Əliyev bir müddət öncə müharibə təhlükəsinin olması ilə bağlı açıqlama vermişdi.

Və buna dayanaraq sual edirəm.

Görən təhlükə hansı istiqamətdən idi ki, Prezident İlham Əliyev də məhz bu faktı dilə gətirmişdi?

Əlbəttə ki, təhlükə Rusiyadandır. Rus telekanalizasiyalarından tutun, rəsmi şəxslərinə kimi hamısı bir müddət öncə Azərbaycana qarşı da xüsusi hərbi əməliyyatların başladıla biləcəyini həyasızcasına dilə gətirirdilər.

Və odur ki, hərbi paradda verilən mesaj da daha çox Rusiyaya idi.

Fikrimcə bugünki qəzanın da arxa planında şimal izi var. Tədqiqatlar yəqin ki aparılacaq. Tərəflər arası münasibətlərin keyfiyyət əmsalına diqqət yetirmək lazım olacaq. Hər halda irəliki günlərdə açıq sezilə bilən mesajlar və açıqlamalar da olacaq.

Tarix deyir ki, Moskva hər zaman Türkiyənin Cənubi Qafqazda artan nüfuzunu həzm etməyib, edə bilməyib. Xəzərdə Miq 29 təyyarəmiz necə salınmışdırsa Türkiyəyə məxsus hərbi təyyarənin salınma texnologiyası da eyni ola bilər.

Başın sağ olsun Türkiyəm!!!

 

Ərəstun Əlizadə

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski: Bu, Rusiyanın zəifləməsinin gösrəticisidir

redaktor

ABŞ kəşfiyyatına tarixi zərbə vuran qadın casus: Hətta prezident belə… – Şok faktlar

admin

İsveç Ukraynaya 116 milyon dollar yardım edəcək

redaktor