Düz beş il əvvəl noyabrın 9-dan 10-na keçən gecə 3 tərəfli bəyanatla Qarabağda atəşkəs müqaviləsi imzalandı. Buna əsasən, Rusiya “sülhməramlıları” bölgəyə daxil oldular. Yəni, Qarabağın işğaldan azadlığı müharibəsinin Azərbaycan ordusu tərəfdən son, Xankəndi alınması mərhələsində Moskva, Putin bunu əngəlləyib, dayandırmaq üçün qəti hərəkətə keçdi. Və Azərbaycanın qarşısında təhdid və çox həyasızcasına 3 seçim variantı qoydu:
1. KTMT (ODKB) üzvü olan Ermənistanın müttəfiq müraciəti ilə Rusiya qoşunlarının Ermənistanda yerləşmiş hərbi bazaları və Şimali Qafqaz ordu hissələri tərəfindən, Azərbaycan ərazisinə açıqca müdaxilə olur, guya Ermənistanı müdafiə üçün. Bunun üçün kazımi bəhanə “fakt” da hazlrlanır, Ermənistan ərazisində Rusiya hərbi helikopterinin guya, Azərbaycan tərəfindən vurulması və həm də Ermənistan ərazisinə 44 gün müharibə dövrü Azərbaycan tərəfindən guya, atəşlər olması.
2. Azərbaycandan Rusiyanın ərazisinə islamçı, ekstremist, terrorçuların Rusiya dövlətçiliyinə, ictimai təhlükəsizliyinə təhlükə yaradan keçidi kimi uydurma. Bununla bağlı, Rusiyanın ordu hissələrinin Azərbaycana, Qarabağa guya ki, terror yuvalarının ləğvi üçün girişi. Bunun üçün də bəhanə “fakt” da tapılır. Narışkinin Rusiya Xarici Kəşfiyyat Xidməti adından, guya onlarda faktla, Suriyadan minlərlə islamçı ekstremist qruplaşma üzvünün Azərbaycan ordusu üçün Türkiyənin təşkili ilə köməyə gəlməsi bəyanatı. 2-ci “fakt” isə, Şimali Qafqaza və Çeçenistana guya ki, Azərbaycanın ərazisindən keçmiş, bir neçə islamçı ekstremist təxribatçının, Ramzan Kadırov təşkilində tutulub zərərsizləşdirilməsi.
3. Xankəndi bölgəsinə Azərbaycan ordusunun girişi dərhal dayandırılır, Rusiya sülhməramlıları isə həmin bölgəyə gətirilir və bununla da bağlı 3 tərəfli Rusiya, Azərbaycan və Ermənistan sülh razılaşması bağlanır.
İlham Əliyev, o an yaranmış ən kritik durumu doğru qiymətləndirib 3-cü, yəni, Sülhməramlı variantını seçdi. Bir çoxları bu addımı qələbəni əldən vermə kimi qarşılasa da, o zaman mən bunu həmin çətin an, ən tək yeganə optimal variant kimi qeyd etdim, təhlilli yazılarımda.
Niyə? 1 və 2-ci variantda, Rusiya Azərbaycana soruşmadan, razılaşmadan qəti olaraq, zor ilə hərbi qoşunlu müdaxilə etsəydi, uzun müddət və bəlkə də heç vaxt Azərbaycandan çıxmazdı, hərbi bazasını yaradaraq. O adla ki, KTMT üzrə “hərbi müttəfiqi” Ermənistana Azərbaycandan zamanla guya təhlükə yarana bilər. Və yaxud, Azərbaycana zamanla Rusiyaya təhlükə yarada bilən islamçı ekstremist terroçular yerləşə bilər.
3-cü variantda isə, müqavilə və danışıqlar üzrə müvəqqəti sülhməramlıların (ordu, qoşun yox) Qarabağa yerləşdirilməsi. Əvvəla bu, 2 və 3-cü variantdakı tanklı-toplu ordu yox, sülhməramlı standartla məhdud kontingent idi və məhdud da silahlarla. İkinci, zamanla lap 5 il sonra da olsa onların çıxması məcburiyyətli idi. Həyat, zaman da göstərdi ki, bu variant müvafiq imiş.
