Cəmiyyət

Sadəcə ümid edirəm…

5-6 ildən çoxdu İctimai Nəqliyyatdan istifadə etmirdim, şəhərin mərkəzini piyada gəzmirdim. Dedim bu axşam mərkəzə İctimai Nəqliyyatla gedim, Bayram olduğu üçün sıxlıq yox idi.

Yeni Günəşlidən 64 nömrəli avtobusa mindim, Xalqlar Dostluğundan (bu stansiyanın adı dəyişməlidi) metroya düşdüm. Həm metro, həm də avtobusda bank kartı ilə ödəniş etmək təqdirə layiq addımdır amma nəyə görə bu bir dənə BirBank kartı ilə olur onu bilmirəm, bütün kartlarla bu mümkün olmalıdı.

Xalqlar dostluğu metrostansiyasının Eskalatorları 37 ilin eskalatorlarıdı, bədbəxt hadisə baş verməmiş təcili dəyişilməlidi, hə bir də 58 il sonra axır ki, Metropoliten qurumunda bir adamın ağlına gəldi ki, qatarların getmə vaxtını yox, gəlib çatma vaxtını monitorlarda göstərsinlər. Belə ümumi götürəndə metroda ciddi bir dəyişiklik yoxdu, qatarlardan savayı.

Keçək Fəvvarələr meydanına.
Obyektlərdə vəziyyət çox pisdi, demək olar əksər obyektlər boşdu, bunun əksinə ayqüstü dönərxanalarda növbə var. İnsanların sosial vəziyyəti heç ürəkaçan deyil. Bayram olmasına baxmayaraq saat 23:00da obyektlər bağlanmağa başladı. Hə bir də Səbail İcra Hakimiyyəti insanların hərəkət edəcəyi yollar Pul qarşılığında satıb camaata, bir yandan insanyönümlü şəhər adı ilə yolları bağlayırlar bir yandan da Obyektlərin bağçaları bütün yolları zəbt edib.

Ümid edirəm 2026’da insanların sosial durumu 2025’dən yaxşı olar.
Sadəcə ümid edirəm…

 

Haldun Novruzzadə

Tacxeber.com

Oxşar xəbərlər

Qadınlar nə üçün narsist və alkoqol aludəçisinə aşiq olur? – Psixoloqdan açıqlama

admin

“Onlar kişiliklərini sübut etmək üçün bu cür danışırlar“ – Xeyrəddin Qoca

redaktor

Sürətlə yayılan virusla bağlı XƏBƏRDARLIQ – Azərbaycana bu tarixdə…

redaktor