DünyaSiyasət

Paşinyan: “Artsvaşeni geri almalıyıq”

Ermənistan baş naziri Nikol Paşinyan deyib ki, ölkəsi SSRİ dövründə Azərbaycan daxilində erməni anklavı olan Başkəndi geri almalıdır.

O, noyabrın 8-də “Facebook” səhifəsində bir cümlə ilə qeyd edib:

“Sərhədlərin delimitasiyası nəticəsində biz Artsvaşen (Başkənd – red.) və Ermənistan Respublikasının digər işğal olunmuş suveren ərazilərini geri qaytarmalıyıq.”

Baş nazir Başkənddən başqa hansı əraziləri nəzərdə tutduğunu açıqlamayıb. Amma Ermənistan rəsmiləri dəfələrlə iddia edib ki, Azərbaycan ordusu 2021-ci ilin mayında ölkənin cənubunda sərhədi keçərək Ermənistan ərazisində 3 kilometr irəliləyib.

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası iki ölkənin baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın başçılıq etdiyi komissiyalar tərəfindən aparılır. Komissiyalar sonuncu dəfə sentyabrın 5-də sərhəddə bir araya gəliblər.

Dövlət sərhədinin delimitasiyası üçün dövlət komissiyaları 2022-ci ildə yaradılıb. Əvvəlcə komissiyalar arasında vasitəçilik Moskva və Brüssel tərəfindən aparılsa da, sonradan komissiyalar vasitəçisiz görüşməyə başlayıblar.

Ermənistan SSR-in Azərbaycan daxilində Gədəbəy rayonunda yerləşən Başkənd adlı bir anklav kəndi olub.

Azərbaycan SSR-in isə Ermənistan daxilində 4 anklavı olub. Bunlar Qazax rayonuna tabe Yuxarı Əskipara, Sofulu, Bərxudarlı və Naxçıvana tabe Kərki kəndləridir.

Azərbaycan Xarici İşlər Nazirliyi daha əvvəl bu kəndlərin sərhədin delimitasiyası nəticəsində qaytarılacağını bildirib. (AzadlıqRadiosu)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Levits Kiyevdə: Ukrayna müharibədə qələbə qazanana qədər…

redaktor

Əliyev imkan vermir ki, Ermənistan… – Paşinyandan ETİRAF

redaktor

Ərdoğan: “Türkiyə Suriyanın parçalanmasına imkan verməyəcək”

redaktor