DünyaSiyasət

Tramp: “Rusiya ilə Ukrayna arasındakı müharibəni bitirməyə çalışırıq, xeyli irəliləmişik”

“Mümkün olsa, daha bir müharibəni — Rusiya ilə Ukrayna arasındakı müharibəni bitirməyə çalışırıq. Hələ buna nail ola bilməmişik, amma düşünürəm ki, xeyli irəliləmişik”.

Tacxeber.comxəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

Bundan əlavə, Tramp qeyd edib ki, o, Putin və Si Cinpinlə nüvə silahsızlaşması perspektivini müzakirə edib:

“Biz dünyanı 150 dəfə partlada bilərik. Buna ehtiyac yoxdur. Mən bu barədə Prezident Putinlə və Prezident Si Cinpinlə danışmışam. Ona görə düşünürəm ki, denuklearizasiya tipində bir proses baş verə bilər. Mən gücə söykənən sülh istəyirəm, amma biz bütün dünyada sülh istəyirik və ona çox yaxınıq”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Avropa Məhkəməsi Əli İnsanovun şikayəti ilə bağlı qərarını verib.

admin

Ərdoğanın mühafizə qrupu qəzaya düşdü: ölü və yaralılar var

admin

Həsən Ruhani: Biz hicabı qadınların başına vurmaq üçün dəyənək etdik

redaktor