Mətbuat Şurasının sədri hörmətli Rəşad Məcid!
Qəzetin taleyi ilə bağlı müsahibənizdə deyirsiniz:
“Qəzetlərin gəlir yeri reklamlardır, bu isə yoxdur. Qəzet satışı sıfırlanıb, yeni nəsil qəzet oxumur, bəziləri isə heç onun nə olduğunu bilmir. Təəssüf ki, Azərbaycanda yazılı mətbuat son günlərini yaşayır. Mən düşünmürəm ki, onu xilas etmək mümkündür. Çünki dünya tamamilə dəyişib, yeni nəslin qəzet yaddaşı yoxdur. Yalnız köhnə nəslin nümayəndələrindən bəziləri qəzet oxuyur.”
Qəzet arxivdir, yaddaşdır. Sayt isə efemer xəbərlər seriyasından başqa heç nə deyil…Qəzet çapının fəlsəfəsi dəyişməlidir. 150 ildən çox tarixi olan qəzet ənənəsini necə yox etmək olar? Ölkənin filoloqları və tarixçilərinin əksəriyyəti qəzetləri mənbə kimi götürərək alimlik dərəcəsi alıblar.
Mən indi də 1 milyon tirajla çap olunan “Literaturnaya qazeta”nı alıram. “İnostrannaya literatura” jurnalı isə məzmunu daha da zənginləşdirir.

Azərbaycanın ən sanballı futuristi (gələcəyi təsvir edən) Mirzə Ələkbər Sabir imiş…Görün təxminən 130 il bundan əvvəl nə deyib:
Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!….
Xalqın canı qurtardı töhmətdən, ay can, ay can!….
