DünyaGündəmSiyasət

Trampın ağır məğlubiyyəti

Demokrat qadınlar Ebiqeyl Spanberger və Mikki Şerrillin Virciniya və Nyu Cersi ştatlarında keçirilən qubernator seçkilərində, müsəlman əsilli demokrat Zöhran Məmdaninin Nyu-Yorkun bələdiyyə sədri seçkisində qələbəsi prezident Donald Trampın ağır məğlubiyyətidir.ABŞ-da ekspertlər bu seçkilərin seçicilərin Trampa münasibətinin bariz nümunəsi və ifadəsi hesab edirlər. Xüsusilə Nyu Cersi seçkiləri Trampa etimad referendumu (referendum on Trump) kimi dəyərləndirilirdi. Ötən gün keçirilən seçkilərin nəticələri seçicilərin Trampa etimadsızlıq göstərdiyini təsdiq etdi.

İki ştatda qubernator seçkisində qadın namizədin, Nyu-Yorkda isə müsəlman əsilli namizədin qalib gəlməsi XXI əsrin qadın əsri olduğunu, qadınların rolunun çox önə çıxacağını təsdiq edir.
4 noyabr seçkiləri Tramp və Respublikaçılar Partiyası üçün həyəcan siqnalı olmalıdır. Belə davam etsə gələn ilin noyabrın 4-də keçiriləcək aralıq seçkilərdə respublikaçılar Nümayəndələr Palatasının tam tərkibinin və Senatın üçdə birinin seçkilərini uduzacaqlar.

Demokartlar Konqresdə çoxluğu qazansalar Trampa qarşı impiçment tətbiq etməyə çalışacaqları isə gün kimi aydındır. Konqresdə azlıqda ola-ola buna cəhd edirlərsə, çoxluğu ələ keçirdikdən sonra buna dərhal cəhd edəcəklərini proqnozlaşdırmaq çətin deyil. Bu isə respublikaçıların 2028-ci il prezident seçkilərin də bəri başdan uduzması demək olar.

Zaman Trampın və Respublikaçılar Partiyasının əleyhinə işləyir. Aralıq seçkilərə bir ildən az vaxt qalır. Tramp seçicilərin etimadını geri qazanmaq üçün qətiyyətli addımlar atmalı, uğurlar qazanmalıdır. Ona görə də tərəddülərdən xilas olub, Venesuela, İran və Rusiya məsələsində uğur qazanmalı, Kanada kimi yaxın müttəfiqi ilə münasibətləri əvvəlki səviyyəyə qaytarmalıdır.

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Blinken Türkiyədə ikinci şokunu yaşadı – Fidanın hərəkətinin VİDEOSU

redaktor

DÜNYANIN İKİ NƏHƏNG DÖVLƏTİ SAVAŞ ASTANASINDA: Baydenin əmri ilə “Casus balonu”nu vuruldu, rəsmi Pekindən qəzəbli cavab hədəsi gəldi

redaktor

Eyni Rusiya, eyni ssenari: Şovinizm və qəddarlıq

redaktor