25.7 C
Bakı
13 İyun 2026 22:19
DünyaTarix

İngiloylar: Qax rayonunun qədim etnik icması

İngiloylar əsasən Azərbaycanın Qax rayonu ərazisində yaşayırlar. Onlar tarixi etnik qrupa aiddir və əsasən müsəlmanlaşdırılmış gürcülər kimi tanınırlar. I Şah Abbasın dövründə müsəlmanlığı qəbul etmişlər. İngiloyların yaşadığı kəndlər əsasən Qax rayonunun cənub-qərb bölgələrində, Qanıx (Alazan) çayı vadisində yerləşir.

Bəzi əsas İngiloy kəndləri:
–Əlibəyli
–Qaxbaş
–İlxıçılar
–Əyriçay
–Alatəmir
–Mosul
–Meşəbaş

İngiloyların dili gürcü dilinə yaxındır, amma onların çoxu Azərbaycan dilini də bilir. Bu etnik qrup Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsidir və zəngin mədəniyyətə malikdir. İlkin mənbələrin verdiyi məlumata görə, XIX əsrin 60-cı illə- rində Əliabad kəndindən 40 ailə Rusiya imperiyasının zorla xristianlaşdırma siyasətinə etiraz əlaməti olaraq Türkiyəyə köçüb getmişdir

 

Osman Eminov

Tacxeber.com

Oxşar xəbərlər

Hulusi Akar İraq sərhədində yoxlamalar aparır – FOTO

redaktor

Xəritəni açıb baxın: Rusiya Azərbaycana buradan hücum etsə… – Musabəyov

redaktor

Zambiyada “Sibir xorası” yayılır – ÜST-dən xəbərdarlıq

redaktor