31 C
Bakı
23 Avqust 2026 17:44
DünyaSiyasət

Ukrayna “Flamingo” raketlərinin kütləvi istehsalına hazırlaşır – Zelenski

Ukraynada raket istehsalı “pis getmir”.

Tacxeber.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşü zamanı bildirib.

“Biz “Flamingo” tipli yeni raketlər tətbiq edirik. Sayını deməyəcəyəm, lakin ilin sonunadək bu istiqamətdə kütləvi istehsalın başlanmasını gözləyirik. Bizim ‘”Neptun” raketlərimiz də var. Onlar artıq kütləvi istehsaldadır. Adi variantı da, uzaqmənzilli versiyası da var və hər ikisi özünü yaxşı göstərir”, – Zelenski deyib.

Onun sözlərinə görə, son bir-iki ayın nəticələri göstərir ki, Ukraynanın raket zərbələri Rusiyanın enerji sektoruna ciddi zərbə vurub.

“Bu sektor isə müharibəni maliyyələşdirən əsas gəlir mənbəyidir”,– dövlət başçısı vurğulayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan-Özbəkistan ittifaqı: Bakı-Daşkənd əməkdaşlığı yeni mərhələdə

redaktor

“Cavab alın”: Putin Ukraynada mülki obyektlərə endirilən zərbələr barədə

redaktor

ABŞ “TikTok”u 400 milyon dollar cərimələdi – Uşaqlara görə

admin