31 C
Bakı
23 Avqust 2026 19:34
DünyaKriminal

ABŞ narkotik ticarəti üçün istifadə edilən qayığı məhv edib

ABŞ Karib dənizində narkotik ticarəti üçün istifadə edilən gəmini məhv edib.

Bu barədə Pentaqon rəhbəri Pit Heqset “X” sosial şəbəkə hesabında məlumat verib.

Heqsetin sözlərinə görə, narkotiklər ABŞ hakimiyyəti tərəfindən terror təşkilatı hesab edilən təşkilatın üzvləri tərəfindən daşınıb. Təşkilatın adı isə açıqlanmayıb. Pentaqon rəhbəri bəyan edib ki, beynəlxalq sularda baş verən zərbə zamanı qayıqda olan üç nəfərdə ölüb.

Heqset Cənubi Amerikada fəaliyyət göstərən və ABŞ-yə narkotik keçirən narkokartelləri “Əl-Qaidə” terror qruplaşması ilə müqayisə edib:

“ABŞ ordusu onlarla eyni şəkildə “Əl-Qaidə” ilə məşğul olduğumuz kimi davranacaq. Biz onları izləməyə, tapmağa, ovlamağa və öldürməyə davam edəcəyik”, o əlavə edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan və Özbəkistan: Avrasiyanın yeni strateji körpüsü

redaktor

İranda hazırkı siyasi və inzibati durum barədə…

redaktor

Azərbaycan-Özbəkistan ittifaqı: Bakı-Daşkənd əməkdaşlığı yeni mərhələdə

redaktor