Dünyaİdman

Əliyar Ağayev “Arsenal”ın oyununa təyinat aldı – Çempionlar Liqası

Azərbaycanlı FiFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının daha bir matçına təyinat alıb.

O, Liqa mərhələsinin 4-cü turunun “Slaviya” (Çexiya) – “Arsenal” (İngiltərə) oyununun baş hakimi olacaq. Ona Akif Əmirəli, Zeynal Zeynalov (laysmanlar) və Elçin Məsiyev (dördüncü hakim) kömək edəcəklər.

Matçın VAR hakimi Rob Diperink, AVAR hakimi isə Yerun Manshot (hər ikisi Niderland) olacaqlar.

Oyun noyabrın 4-ü, Bakı vaxtı ilə saat 21:45-də başlanacaq.

Qeyd edək ki, 3 turdan sonra “Arsenal” 9 xalla 4-cü, “Slaviya” 2 xalla 28-ci yeri tutur.(Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Çində ilk dəfə donuzun ağciyərləri insana köçürülüb

redaktor

İstanbulda polislərlə vəkillər arasında dava – VİDEO

redaktor

Yaxın Şərqdə gərginlik artır. İran bölgədəki ölkələrə əks zərbələrlə cavab verdi, xəsarət alanlar və ölənlər var.

admin