Dünyaİqtisadiyyat

Azərbaycana Qalaq-Qalaq Gətirilən Monqolustan Qoyunlarının Əti Niyə Ucuzdur?

Monqolustandan gətirilmiş qoyunun ətinin 1 kiloqramının pərakəndə satış qiyməti 12 manat 50 qəpik, topdan satış qiyməti isə bir kiloqramı 12 manatdır. Yerli quzu ətinin kiloqramının 22 manatdan aşağı satılmadığını nəzərə alsaq belə bir sual yaranır.

Monqolustan qoyunlarının əti niyə belə ucuzdur?

Bu ətlərin gətirilmə və yol xərclərini də üstünə gəlsək ağlasığmaz ucuz məbləğ alınır. Bütün bunları nəzərə alaraq bir nəticə çıxarmaq olar. Monqolustan gətirilən qoyunların əti ilə yerli qoyunlarının ətinin keyfiyyəti eyni deyil. Monqolustanda əsasən “Bayat”, “Xanqay”, “Sartuul”, “Sutay”, “Torquud”, “Baraq” və başqa cins qoyunlar yetişdirilir. 2023-сü ilin statistik rəqəmlərinə görə, Monqolustanda 29,4 milyon baş qoyun saxlanılırdı. Bu ölkənin Sənaye və Kənd Təsərrüfatı Nazirliyi ölkədə daha məhsuldar yeni cins qoyunların yaradılmasına xüsusi diqqət ayırır. 2015-ci ildə Monqolustanda əti və yağı daha çox olan “Darhad üüldriyn hon” adlı yeni cins qoyun alınıb. Monqolustan belə cins heyvanları diri şəkildə başqa ölkələrə sataraq külli miqdarda pul qazanır. Bu ilin sentyabr ayında Özbəkistan Monqolustandan məşhur “Bayat” cinsli qoyun alıb. İlk olaraq Özbəkistanın Namanqan bölgəsinə bu cins qoyunlardan 730 baş gətirilib. Ümumilikdə Özbəkistan bu qoyunlardan 100 min baş almağı planlaşdırır. “Bayat” cinsli monqol qoyunları sərt iqlimə dözümlükləri ilə fərqlənirlər. Ağır çəkili və böyük quyruqlu olmaları ilə fərqlənirlər. Dişilərinin çəkisi 35-40 kq, erkəklərinin çəkisi isə 45-50 kq arasında dəyişir. Heyvanların çəkisi ağır olsa da ətinin dadı haqqında bunu demək olmaz. İndi qayıdaq keyfiyyət məsələsinə…

Keyfiyyət məsələsinin ön planda olduğu Avropada qoyun ətinə tələbat günü-gündən artır. Bu tələbatı əsasən Avropaya köç etmiş müsəlman miqrantlar artırır. Avropa bazarında əsasən Böyük Britaniya, İrlandiya və Fransadan gətirilmiş qoyun əti satılır. Sonrakı yerlərdə Avstraliya və Yeni Zelandiya gəlir. Bu ölkədən gətirilən qoyun ətləri ən keyfiyyətli sayılır və Avropa bazarındakı tələbatın əsas hissəsini qarşılayırlar. Dünyada ən böyük qoyun əti istehsalçısı olan Çin belə Avropa bazarına yol tapmaqda çətinlik çəkir. Yeri gəlmişkən dünyada ən çox qoyun əti istehsal edən 10 ölkəni diqqətinizə çatdırırıq:

Çin

Avstraliya.

Yeni Zelandiya.

Türkiyə.

Əlcəzair.

Hindistan.

Sudan.

Böyük Britaniya.

Pakistan.

İran

Çinin Avropa bazarına ayaq aça bilməməsi fonunda Monqolustan ətləri haqqında isə ümumiyyətlə danışmağa dəyməz. Belə olan halda Monqolustan yeni-yeni bazarlar axtarışına çıxır. Belə görünür ki, bu ölkə Orta Asiya və ölkəmiz timsalında yeni bazar tapıb. Çox diqqətli olmalıyıq. (Evdar.az)

 

Tacxeber.com

 

Oxşar xəbərlər

ABŞ Bidzina İvanişviliyə sanksiyalar tətbiq etdi və Salome Zurabişvilini isə Trampın andiçmə mərasiminə dəvət etdi.

admin

“HƏMAS”ın qanlı festival basqınından yeni görüntülər ortaya çıxdı – VİDEO

redaktor

Yaxın Şərq qaynayır – ABŞ bazası PUA ilə vuruldu.

admin