CəmiyyətSağlamlıq

Azərbaycanda tarixi əməliyyat: Tovuzlu 19 yaşlı gənci vəfat etmiş adamın ürəyi xilas etdi

Səhiyyə Nazirliyi və Mərkəzi Klinikanın birgə məlumatında bildirilir ki, Azərbaycanda regionda vəfat etmiş donordan ilk uğurlu ürək transplantasiyası əməliyyatı həyata keçirilib.

Məlumata görə, Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə 3-cü Şəhər Klinik Xəstəxanasında müalicə alan xəstədə beyin ölümü ilə bağlı məlumat daxil olub. Diaqnoz təsdiqləndikdən sonra xəstənin ailəsi orqan donorluğuna razılıq verib.

Koordinasiya Mərkəzi tez bir zamanda bütün transplantasiya prosesini təşkil etdi və koordinasiya etdi.

Ürək transplantasiyası əməliyyatı Mərkəzi Klinikada baş həkim, professor Kamran Musayevin nəzarəti altında həyata keçirilib. Donorun ürəyi 19 yaşlı Tovuz rayon sakininə uğurla transplantasiya edilib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, əməliyyatdan sonra xəstənin vəziyyəti stabil qiymətləndirilir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Diabetli xəstələrin nəzərinə: Bunlar sizi ürək və damar xəstəliklərindən qorumur

redaktor

Gömrük Komitəsinin keçmiş sədri: ‘Rəhbərliyə 2020-ci ildə 34 milyon, 2021-də 38 milyon dollar çatdırmışam…’

admin

“Euronews” qəzaya uğrayan təyyarənin ekipajından yazdı: Qəhrəman kimi…

redaktor