CəmiyyətGündəmSiyasət

İqtidar niyə jurnalistlərə ev verməkdən imtina etdi?

İlham Əliyev 2017-ci ilin iyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak etdi. Eyni gündə cənab prezident jurnalistlər üçün tikiləcək 255 mənzillik 3-cü binanın təməlini qoydu.

Ancaq 3 dəfə (2010, 2013, 2017) “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis edilmiş  “Jurnalistlərin dostu” mükafatını alan İlham Əliyev jurnalistlərə ictimaiyyət qarşısında verdiyi sözü tutmadı. Belə ki, prezidentin sərəncamı ilə jurnalistlər üçün tikilmiş üçüncü yaşayış binası şəhid ailələrinə verildi…

Bir daha vurğulayıram: Jurnalistlər üçün tikilmiş üçüncü-255 mənzillik binanın dəyəri 22 milyon manat idi. O vaxt Mir Şahin Prezident Aparatının  göstərişi ilə ortaya atıldı və jurnalistlərin binasını şəhdi ailələrinə verilməsi üçün təbliğat kampaniyası apardı. Artıq ev almış jurnalistlər (sevgilisinə, sürücüsünə mənzil alan media kapitanları) də həmin sənədə imza ataraq kasıb həmkarlarının ev almaq şansını sıfırladılar…

Cəmi 255 mənzilə görə “Bizim sözümüz imzamız qədər dəyərlidir” deyən İlham Əliyevi yumşaq desək, pis vəziyyətdə qoydular.

Son günlərdə isə iqtidara bağlı qaynaqların dediklərindən belə məlum olub ki, 2001-2018-ci illərdə Bakı Şəhər İcra hakimiyyətinin başçısı olmuş Hacıbala Abutalıbovun əlində 4200-ə yaxın mənzilin kupçası var. Ramiz Mehdiyevdə olan kupçaların sayı isə 3000-dən çoxdur. Təsəvvür edirsizmi? Təbii ki, adı çəkilən şəxslərin başqa şeyləri də var. Məsələn, Abşeron yarımadasının yarısı-söhbət torpaq ərazidən gedir, Ramiz Mehdiyevin mülkiyyətidir. Ancaq bu statusda konkret olaraq söhbət mənzillərdən gedir.

Deməli, 255 mənzilə görə prezidenti pis vəziyyətdə qoyan bu komandanın əlində üst-üstə 7 mindən çox boş mənzil olub. Mən hələ iqtidarda olan digər yırtıcların sahib olduğu digər boş mənzillərdən danışmıram…

Təkcə bu mənzillərin bazar qiyməti 10 milyard dollara yaxındır. Aydındır ki, nə Hacıbala Abutalıbova, nə də Ramiz Mehdiyevə ucuz ev verməyə kimsə cəsarət etməzdi.

Və belə bir məmləkətdə Qarabağ qazilərinə minnətlə 80 manat verirlər. Ona görə də yüz nəfərdən çox qazi intihar edib. Uşaqpulu istəyənləri divara dirəyirlər. Şəhid ailələrinin mənzil problemi hələ də həll olunmayıb…

İqtidar niyə jurnalistlərə ev verməkdən imtina etdi? Məncə, belə düşündülər ki, bundan sonra jurnalistlər müftə-müsəlləm Qarabağ Müharibəsindən Zəfərlə çıxmış iqtidarı vəsf etməyə borcludur. Yəni eyforiyaya mübtəla olan iqtidarda o qədər arxayınlıq yarandı ki, jurnalistlərə önəm verməyi belə lazım bilmədilər.

Müqayisə edin: 22 milyon manat, 10 milyard dollardan artıq dəyəri olan boş mənzillər və prezidentin həyata keçməyən vədi…

Bütövlükdə isə Azərbaycanda olmasa-olmasa 60-70 min boş mənzil var. Azərbaycan əhalisinin cəmi 0,1 faizini təşkil edən yırtıcılar ölkə varidatının 99.9 faizinə nəzarət edirlər. Heç Afrikanın ən geridəqalmış məmləkətlərində belə bir vəhşilik görə bilməzsiz…

Bir şeyi də deyim: Eldar Əzizov 2018-ci ildən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindədir. Aydındır ki, 2018-ci ilə qədər Hacıbala Abutalıbova hədiyyə kimi verilən məzillər daha sonra ona təqdim olunub. Sadəcə əl dəyişib. Oyun qaydası necə vardısa, eləcə də davam edir. Yəni Eldar Əzizov istəsə, təkbaşına qazilərə, şəhid ailələrinə, jurnalistlərə, hətta xeyli kasıb-kusuba da öz payından mənzil verə bilər. Bunun üçün isə prezidentdən göstəriş gəlməlidir…

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Son futbol xəbərləri

admin

Savelyev Zatulinin Laçın dəhlizi ilə bağlı fikirlərini tənqid edib

redaktor

Zelenski təcili olaraq Vaşinqtona uçur

redaktor