22.2 C
Bakı
10 İyun 2026 06:09
DünyaTexnologiya

Çində telefon qiymətinə insanabənzər robot satışa çıxarıldı

Pekində yerləşən “Noetix Robotics” şirkəti ev şəraitində istifadə üçün nəzərdə tutulmuş “Bumi” adlı humanoid (insanabənzər) robotu bazara təqdim edib.

Bu barədə South China Morning Post məlumat yayıb.

94 santimetr hündürlüyü və 12 kiloqram çəkisi olan robot 9 988 yuan (təxminən 2 400 manat) qiymətinə öncədən sifarişə açılıb – bu da orta səviyyəli bir smartfonun qiymətinə bərabərdir.

Bumi humanoid robotların istehlak bazarına daxil olmasının simvolu hesab olunur, çünki o, elmi texnologiyaları kütləvi əlçatanlıqla birləşdirir.

Robot tədris və ailəvi məqsədlər üçün nəzərdə tutulub, iki ayaq üzərində yeriyə bilir və rəqs hərəkətləri yerinə yetirə bilir. Onun batareya enerjisi 1–2 saatlıq iş üçün kifayət edir.

Tacxeber.com

Oxşar xəbərlər

Bu gün Çempionlar Liqası yarımfinalının ikinci oyunu olacaq.

admin

AVROPAAlmaniya Ukraynaya elə silahlar göndərir ki…

admin

ABŞ hökuməti üçün rəsmi sənədləri süni intellekt hazırlayacaq –Yenilik

redaktor