13 C
Bakı
24 Mart 2026 17:22
CəmiyyətHadisə

Naxçıvanda duz istehsalı dayandırılıb

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Naxçıvan Duz İstehsalı” MMC-də istehsal və qablaşdırma dayandırılıb.

Bu barədə nazirlikdən bildirilib.

Məlumata görə, duz dağındakı 5 saylı mədəndə texniki təhlükəsizliyin gücləndirilməsi üçün müvafiq işlərin görülməsinə zərurət yarandığından, eləcə də gələcəkdə duz istehsalının daha yüksək keyfiyyətdə təşkil olunması məqsədilə şaxtadan duzun çıxarılması müvəqqəti dayandırılıb.

Nazirlik əhalinin və duzdan xammal kimi istifadə edən istehsal müəsisələrinin tələbatının fasiləsiz və dayanıqlı təmin olunması üçün ölkəmizin digər bölgələrində, eləcə də qonşu ölkələrdə istehsal olunan duzun muxtar respublikaya gətirilməsini nəzarətdə saxlayır. (Valyuta.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Bakıda tanınmış şair küçədə özündən getdi, xəstəxanaya yerləşdirildi – FOTO

redaktor

Azərbaycanda yenidən koronavirus yayılır – RƏSMİ

redaktor

Azərbaycanda qaraçılar tərəfindən anasından alınıb diləndirilən uşağın dəhşətli həyatı – Video

redaktor