20 C
Bakı
06 Oktyabr 2026 16:29
DünyaHadisəİqtisadiyyat

Daha bir deputat yalanı

Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, say baxımından dünyanın ən varlı adamları Çindədir.

Tacxeber.com xəbər verir ki, “Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

“Bloomberg” nəşrinin 2025-ci ilin oktyabrına olan “Milyarderlər İndeksi”nə görə dünyanın ən zəngin 20 nəfəri arasında Çin vətəndaşı yoxdur.

Dünyanın ən zəngin 100 nəfəri arasında isə ABŞ vətəndaşları ilk sıradadır.

“Forbes”in 2025-ci ilə aid araşdırmasına görə, milyarderlərin ümumi sayına görə də ilk sırada 902 milyarderlə ABŞ, ikinci sırada isə 516 milyarderlə Çin gəlir. Onların ümumi sərvətləri müvafiq olaraq 6.8 trilyon dollar və 1.7 trilyon dollardır.

Milyonçularin sayına görə də ABŞ Çini qabaqlayır. Belə ki, ABŞ-də təxminən 23 milyon nəfər, Çində isə təxminən 7 milyon nəfər sərvəti bir milyon dollardan çox olan şəxs yaşayır.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, iddia yanlışdır.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Fransadakı bir muzeydən Dalinin “Apokalipsis” əsərinin 150 kiloqramlıq nüsxəsi oğurlanıb

redaktor

İsrail pilot hücumundan sonra flydubai təyyarəsini vurmağa hazırlaşır: yeni detallar

redaktor

Türkiyə Ukraynanı silahlandırıb

redaktor