CəmiyyətQalmaqal

Yarım milyonluq ofis qalmaqalı: “AMAY” rəhbərliyi məğlub oldu

Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən “AMAY” ticarət mərkəzində sahibkarla rəhbərlik arasında yaranan mübahisə məhkəmə qərarı ilə sahibkarın xeyrinə həll olunub.

Tacxeber.com  Teleqraf.com-a istinadən xəbər verir ki, ümumi sahəsi 755 kvadratmetr olan ofisləri satın alan sahibkar uzun müddət ticarət mərkəzinin yaratdığı süni maneələrlə üzləşib.

İddiaya görə, rəhbərlik sahibkara qaz, işıq və su xətlərinin çəkilməsində qəsdən problemlər yaradıb və kommunal xidmətlərdən yalnız onların müəyyən etdiyi şərtlərlə istifadə etməyə icazə verəcəyini bildirib.

Sahibkar isə bununla razılaşmayaraq aidiyyəti dövlət qurumlarına müraciət edib və ofisləri üçün abonent kodu almağa çalışıb. Lakin qurumlar ticarət mərkəzindən razılıq məktubu tələb etdiyindən, rəhbərlik bu məktubu verməkdən imtina edib. Yarım milyon manata yaxın vəsait xərcləyən sahibkar iddia edib ki, 180 min manatdan artıq ziyana düşüb.

O, təmir etdirdiyi ofisləri kommunal təminat olmadığı üçün icarəyə verə bilməyib. Məsələ ilə bağlı sahibkar Bakı Kommersiya Məhkəməsinə müraciət edib. Məhkəmə ticarət mərkəzi tərəfindən yaradılmış bütün maneələrin aradan qaldırılması və tələb olunan razılıq məktubunun sahibkara təqdim olunması barədə qərar çıxarıb. “AMAY” rəhbərliyi bu qərardan narazı qalaraq apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsi birinci instansiyanın qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, “AMAY” ticarət mərkəzi iş adamı Abdulla Abdullayevə məxsusdur.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Bu gün Vasif Talıbovla bağlı qərar veriləcək

redaktor

“YENİ NAZİR “ƏJDAHA SUYUN QABAĞINI KƏSƏN KİMİ” DAVRANIR” – “Bu sifarişlər olmasa, özəl sektor lap can verər…”

redaktor

Məmur xanım bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi.

admin