Həcc ziyarətinin qiymətinin 10 min 370 manata qaldırılma səbəbini oxuyuram.
Qafqaz Müsəlmanları İdarəsi izah edir ki, “bütün ölkələrdə müşahidə edilən qiymət artımları və yeni xidmətlərin təqdim edilməsi” buna səbəb olub.
Bu cür izah Dini qurumların yox, kommersiya şirkətlərinin işltdiyi sözlərdir. Siz nə istehsal edirsiniz ki, qiymət artımını dünyadakı bazar tendensiyaları ilə əsaslandırırsınız? Dünyada baş verən inflyasiyanın, bazar dalğalarının ibadət haqqına nə dəxli var?
Əksinə, bu il yüksək rəqabət və yeni aviaşirkətlərin bazara girməsi nəticəsində təyyarə biletlərinin qiymətləri kəskin şəkildə ucuzlaşıb.
İkincisi “yeni xidmətlər” dediyiniz nədir? Həccin mənəvi mahiyyətinə nə əlavə etmisiniz? Məkkə yolunda “əlavə rahatlıq” təklif etmək, sanki ibadəti turpaketə çevirməkdir.
Dini inanclı insanların Din Alverçiləri tərəfindən necə loxlandığını çox sadə izah edim:
Azərbaycan → Səudiyyə 2800 km və həcc ziyarəti 10370 manat.
İndoneziya → Səudiyyə Ərəbistanı 7800 km və həcc bizim pulla 9390 manat. O da 5820 manatını (62 %) zəvvar ödəyir, yerdə qalan 3570 manatını (38 %) İndoneziya Dini Qurumu ödəyir.
