14 C
Bakı
07 Noyabr 2025 19:09
DünyaMaraqlı

Ana Kür haqqında maraqlı bilgilər

Kür çayı uzunluğu 1515 km -dir, Türkiyənin Qars bölgəsindən başlayır Ərdahan şəhərindən keçir Gürcüstan ərazisinə. Ordan məşhur Qori, Borjomi və Tiflis şəhərindən (qədim Azərbaycan şəhəri) Azərbaycana daxil olur.
Gürcüstan ərazisində Xram çayı Azərbaycan ilə sərhəddə Kürə tökülür.

Qidasının əsas hissəsini qar təşkil edir. Ona görə də apreldə bolsulu olur. Araz çayında isə mayda bolsululuq qeydə alınır. Ona görə ki, Araz yeraltı sularla qidalanır və qarın əriyib sonra yeraltı suların səviyyəsini qaldırmağa bir ay vaxt sərf edilir. Kür Neftçala rayonunda Xəzər dənizinə tökülür. Bu deltanın cənubunda “Qoltuq körfəzi” yerləşir ki, bura vaxtilə Bala Kür tökülürdü.
Strabonun yazdığına görə, çay Fars hökmdarı Kirin adını daşıyır. Həm də Kür Zevsin qızıdır, köhnə alban dilində “su anbarı, çay, su” deməkdir. Digər variantlardan: Azərbaycanca kür “şıltaq” mənasını verir.

Dənizə töküldüyü hissədə çay qola ayrılır: Akkuşa və yaxud Bala kür.
Belə bir tarixi versiya var ki, 1897-ci ildə Araz çayının aşağı axınında böyük bir daşqın olur, Çar Rusiyası qərara alır ki, daşqının təsirini azaltmaq üçün kanal vasitəsilə Arazı Kür çayına axıtsın. 1909-cu ilə qədər kanalla su axıb, ondan sonra kanal təbii axara çevrilib. Onunla da Salyan və Muğan düzünün çox hissəsi bataqlıqdan azad oldu, xeyli əhali məskunlaşdı, Rusiyadan İrana quru yol daha təkmilləşdi.

Kürdili adası

Keçən əsrin 80-ci illərində Kurdili bir yarımada idi. Yarımada da 3-4 min insan yaşayır, kitabxanalar, məktəblər, mədəniyyət evləri var idi. Əhali kolxoz qurluşu ilə kənd təsərrüfatı ilə məşğul olurdu, bir sözlə yarımada ərazisində komunist cənnəti hökm sürürdü (və yaxud proletar cənnət).

80-cı illərdə Xəzərin səviyyəsinin qalxmasından sonra yarımada adaya çevrildi. Yarımada Kürün deltasından əmələ gəldiyi üçün süxurları çox yumşaqdır və tez bir zamanda dağılır (yəni Kür çayı haçansa burdan axıb). Yarımada adaya çevriləndən sonra insanlar buranı tərk edirlər. Bir ailə isə tərk etmir, adaya çevrilmiş bu ərazidə yaşamağa davam edirlər. Nə pul, nə qaz, internet və işığı olan bu adada sivilizasiyadan uzaq həyat davam edirdi.

Adamlar toyuq- cücə, mal- qara saxlayır, unu və digər əşyaları isə balıq və toyuq -cücə müqabilində dəyişirdilər.
Adanın son sakini 2019-cu ildə vəfat edir, ada tamamilə vəhşi təbiətin ixtiyarına verilir.

Vaxtilə ərazidə çoxlu insan yaşadığı üçün çoxlu atlar var idi, indi isə o atlar vəhşiləşib, adanın daimi sakini olublar. Ada yumşaq çay çöküntülərindən təşkil olunduğu üçün hər il sahəsi dənizə qarışır. Hətta ada barəsində Kazan film festivalında qalib olan ” Əriyən ada” filmi də çəkilib.

Mübaliğə olmasın adanın bir Seyşel, Maldiv adalarından fərqi nədir? Fərqi budur ki, o ölkələrdə coğrafiya fənninə dəyər verən bir təhsil sistemi var. Bizdə isə təhsil sistemi coğrafiya fənnini sanki unudub, ona görə də turizm sektoru bədbəxt gündədir.

Adanı həqiqətdən də böyük turizm məkanına çevirmək olar, bunun üçün hər şey var. Təkcə vəhşiləşmiş atları görmək üçün nə qədər adam getmək istəyər.

Keçən əsrin 20-ci illərində çayın ətrafındakı meşələr qırılmağa başladı və buna görə daşqınlar çoxaldı. Buna görə də sovet hökuməti 50-ci illərdə Kürün üzərində ən böyük su anbarı olan Mingəçevir su anbarı tikdi. Hazırda bu su anbarına Qanıx və Qabırrı çayları da tökülür. Vaxtilə isə Qanıx çayı Qabırrının qolu idi…

Osman Eminov.

Tacxeber.com

Oxşar xəbərlər

Məşhur müğənni konsert zamanı SƏHNƏDƏ VƏFAT ETDİ

redaktor

Dərbənd Azərbaycandır: Ukraynanın zəfəri ilə Rusiyanın imperiya mifləri dağılıb, parçalanma labüddür.

redaktor

Ukrayna bu istiqamətdə hücuma başladı: Putinə zərbə…

admin