CəmiyyətHadisəTarix

Dövlət Müstəqilliyinin Bərpası Günü.

70 illik sovet işğalından azad olan xalq 55 illik əliyevlər işğalından da azad olacaq!

1991-ci il 18 oktyabrda Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdiyi gündür. Bu hadisə sadəcə yeni bir dövlətin yaranması deyil, 1918 – 1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) varisliyinin bərpası idi. AXC müəlman-türk dünyasında ilk demokratik respublika kimi tarixə düşmüş Azərbaycanın mütərqqi dövlətçilik səlnaməsnin parlaq nümunəsidir.

Lakin 1920-ci ildə bolşevik Rusiyası Azərbaycanı işğal edərək bu müstəqilliyə son qoydu. 70 il davam edən sovet hakimiyyəti xalqın azadlıq ruhunu, milli kimliyini, cümhuriyyət ənənələrini sındıra bilmədi. 1980-ci illərin sonlarında başlanan milli azadlıq hərəkatı yenidən istiqlal ideyasını alovlandırdı.

1991-ci ildə bu hərəkatın nəticəsi olaraq Azərbaycan yenidən müstəqil dövlət kimi bərpa olundu. Ancaq 1993-cü ildə Rusiya yenidən ölkəmizin daxili işlərinə müdaxilə edərək, hərbi çevrilişlə öz adamlarını hakimiyyətə gətirdi.

Bununla da xalqın seçdiyi azadlıq və demokratiya yolu zorla yenidən sovet təfəkkürünün daşıyıcıları tərəfindən qəsb edildi.

Nəticədə Azərbaycanda tədricən avtoritar idarəçilik formalaşdı. Bu gün isə ölkəmiz tam olaraq bir nəfərin hüdudsuz hakimiyyəti altında özünün ən çətin dövrünü yaşayır. Geosiyasi şərtlərin və Azərbaycan xalqının hesabına işğaldan azad edilən Qarabağın bütün dividentlərindən yararlanaraq, “nəyi, nə zaman, necə etməyi mən bilirəm”- deyən özündənrazı bir eqozim daşıyıcısının “dəmir yumruğu” altında inləyir bu gün “qalib” Azərbaycan xalqı.

Lakin bütün bunlara baxmayaraq, xalqın yaddaşında demokratiya arzusu, ideallara sadiqlik, cümhuriyyət sevdası, sabaha olan inam hələ də yaşayır. Azərbaycan xalqı hüququn aliliyinə, azad seçkilərə, ədalətli cəmiyyətə can atır. Dünya dəyişir, və bu dəyişiklik Azərbaycandan da yan keçməyəcək. Gec-tez ölkəmizdə də azad, demokratik və insan hüquqlarına hörmət edən dünyanın bir parçası olacaqdır. Bu, AXC-nin və 1991-in ideallarına sadiq qalmağın ən ali forması olacaqdır.

 

Qulu Məmmədli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Şəkinin kəndlərində qəsdən yanğın törədən şəxs saxlanılıb – Xəsarət alanlar var

redaktor

Azərbaycana keyfiyyəsiz dərman gətirilir? – Rəşad Mahmudov DANIŞDI

redaktor

Ermənilər xəstə adı ilə Xankəndidən qaçır? – “Onlara şərait yaratmalıyıq”

admin