19 C
Bakı
20 Oktyabr 2026 00:33
CəmiyyətTəhsil

“Ən böyük Mehdiyevçilər Abel Məhərrəmov və Elçin Babayevdir” – Sabiq deputat

“Ən böyük Mehdiyevçilər Abel Məhərrəmov və Elçin Babayevdir”.

Tacxeber.com xəbər verir ki,, bu fikirləri sabiq deputat, təhsil eksperti Etibar Əliyev feysbuk səhifəsində yazıb.

O bildirib ki, Ramiz Mehdiyevin həyat yoldaşı 22 ildir işə çıxmamasına baxmayaraq, onun üçün iki böyük kabinet yaradılıb:

“Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva 2003-cü ildən BDU-da “Hesablama riyaziyyati” kafedrasının müdiridir. Uzun illər işə çıxmayan Qalina xanım üçün iki böyük kabinet- iqamətgah yaradılıb.

R. Mehdiyevanın ixtisasca zooloq olan qızı BDU-da 2010-cu ildən “Sosial və pedaqoji psixologiya” kafedrasının müdiridir. Ona da xüsusi kafedra-iqamətgah yaradıblar”.

Sabiq deputat Elmin İnkişafı Fondunun Ramiz Mehdiyevin rəhbərliyi ilə fəaliyyət dövrünün ciddi yoxlanması gərəkdiyini bildirib.

“Elmin İnkişafı Fondunun Himayəçilər Şurasının sədri Ramiz Mehdiyev və qurumun İcraçı direktoru Elçin Babayev olduğu dönəm çox ciddi yoxlanılmalıdır”.

 

Tacxeber.com

Oxşar xəbərlər

TƏBİB ləğv edilirsə, 8 ilin hesabatı haradadır?

redaktor

Tarixi qardaşlığımıza sahib çıxmalıyıq

redaktor

Cəhalətin üzü və astarı: İranla Türkiyənin fərqi

redaktor