DünyaMaraqlı

Vulkan olmasa dünyada həyat olmaz

Vulkanlar olmasaydı, qitələrin sahəsi daha kiçik olardı. Yer səthinin çox hissəsi vulkanik süxurlardır. Okeanın bütün dibi orta okean silsilələrindən çıxan bazalt tərəfindən yaradılmışdır.

Vulkanlar yerdə suyu yaradan ən böyük mənbədir. Beləki, vulkan püskürməsi nəticəsində lavanın içindəki hidrogen və oksigen qazları güclü təzyiq və temperatura məruz qalır və birləşib su molekulları yaradır. Normal halda oksigen və hidrogen birləşib içməli su yarada bilməz.

Vulkan püskürməsi zamanı çıxan kül, lava və minerallar torpağa qarışaraq onu çox məhsuldar edir.

Bu cür torpaqlarda kənd təsərrüfatı güclü inkişaf edir (məsələn, İtaliyada Vezuv vulkanı ətrafında, İndoneziya və Yaponiyada).

Vulkan fəaliyyəti nəticəsində qızıl, gümüş, mis, kükürd, dəmir, nikel, almaz və obsidian kimi minerallar əmələ gəlir.

Bir çox filiz yataqları məhz qədim vulkan mənşəlidir.

Aleksandr Humbolt “Kosmos” əsərində yazır ki:

“Vulkanlar Yer daxilində yığılan istilik və qaz təzyiqinin səthə çıxış yollarıdır. Əgər bu enerji çıxmasa, Yer qabığında daha güclü partlayışlar və zəlzələlər baş verərdi.”

Dünyada ən çox vulkanlar Sakit okean odlu halqasındadır.

 

Osman Eminov

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyədə sosial media platformalarına giriş məhdudlaşdırıb: Səbəb?

redaktor

Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi tətbiq edilsin – Estoniya XİN

redaktor

“Rus dilində təhsil tələb edənlərə CİNAYƏT İŞİ AÇILMALIDIR”

redaktor