CəmiyyətİqtisadiyyatSağlamlıq

Növbəti deputat yalanı

Milli Məclisin deputatı Günay Ağamalı iddia edib ki, Azərbaycanda uşaq və ana ölümləri azalıb.

Tacxeber.com  xəbər verir ki, “Fakt Yoxla” iddianın doğru olub-olmadığını araşdırıb.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən 2020-2024-cü illərdə ana, körpə və 5 yaşadək uşaqlar arasında ümumi ölüm sayı artıb.

Bu illər ərzində 5 yaşadək uşaq ölümləri mütləq ifadədə 13,6% artım göstərib. Bu beş il müddətində 5-yaşınadək 7952 uşaq həyatını itirib.

Hər min nəfərə diri doğulan körpə sayına nisbətdə də 5 yaşına qədər uşaq ölümlərinin sayında da artım var:

2020-ci ildə – hər min nəfərə 11,1

2024-cü ildə – hər min nəfərə 17,1

Ölkədə körpə ölümləri 2020-2024-cü illər üzrə mütləq ifadədə 16% artım göstərib – beş il ərzində 6500 körpə

Belə ki, 2020-ci ildə hər 1000 diri doğulan körpəyə 9,8 ölüm düşürdüsə, 2024-cü ildə bu rəqəm 13,9-a yüksəlib.

2020-2024-cü illərdə 120 ana həyatını itirib. Hər 100 min nəfərə düşən ana ölümü də son 5 ildə artım göstərib. 2020-ci ildə bu rəqəm 15,8 idisə, 2024-cü ildə təqribən 2 dəfə artaraq 28,3-ə çatıb.

“Fakt Yoxla”nın qənaətinə görə, millət vəkili Günay Ağamalının açıqlaması yanlışdır.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Elçin Babayev bu deputatları BDU-dakı işlərindən uzaqlaşdırdı – SİYAHIDA KİMLƏR VAR?

redaktor

Natiq Cəfərli: “Yazırlar ki, sən gizlən, biz döyüşərik”

redaktor

Dünyada hansı ölkə quru sərhədlərini 5 il bağlı saxlayıb turizmdə güclü irəliləyə bilərdi?

admin