CəmiyyətSiyasət

Vallah, analoqsuz ölkəyik.

Adamın haqqında pis nəsə yazmayacam. Ona görə yox ki, yıxılana balta çalmaram deyə öyünüm. Yaxud artıq vəzifədə olmadığını və yaşını əsas gətirərək humanist görünmək fikrim də yoxdur. Müdafiə etmək fikrində olmadığım da aydın məsələdir.

Səmimi olaq. Kim desə ki, bunu gözləyirdim, inanmaram. 1000 manatdan mərc gələn olsaydı ki, belə şey olacaq, düşünmədən pulu qoyub ola bilməz deyərdim. Daha bir orden alacaq söhbətində də hə deyib mərcə girərdim. Amma nələr oldu… Niyə iş başında olanda yox, postu təhvil verəndə yox, ömrünün lap sonunda?

Adamın ,,xidmətlərini” və bunun bəhrəsini hamımız əla bilirik.
Yaxşı, bu adam necə və niyə ,,doğulmuşdu”? Bioloji doğuşu demirəm. Vəzifədə olduğu hər gününün, hər saatının cinayət olduğu bilinmirdi ki? Vətəni sevən insanların həbsi, boykot edilməsi, qonşu dövlətin adamı olması, başsız İH başçılarının necə, nəyin müqabilində təyin olunması, qanunsuz olaraq misilsiz varidat toplaması çobana, sürücüyə, lap Allahın çerçenie müəlliminə) də agah idi, onda qalmış…Bilmədiyinizi də deyim. Muğanın Salyan ərazisində uçu-buçağı görünməyən torpaqları var. Kasıb 1 hektarını suvara bilmir, çünki su bunların təsərrüfatlarına axır.

İndi bu şoudurmu, kimlərəsə mesajdırmı? 5-ci kolon haqqında çeynənmiş sözlər yazıb çoxbilmişlik etməyəcəm. Ancaq bu adam indi nəyə qadirdir axı, nə təhlükə yarada bilər?
Əgər söhbət sərvətini yolmaqdan gedirsə, bu bizdə 2×2-dir. Yolub deyirsən ki, sus! Düzdür, ən böyük ,,kompromat anbarı”dır. Ancaq belə tiplər törəmələrini, davamçılarını qorumaqdan ötrü heç nə edə bilməz.

Dövlətə xəyanətlə ev dustaqlığı da bir araya sığmır. Sonra, hakimiyyəti ələ keçirmək nə deməkdir? Nə vaxt, kimdən alıb, 2003-dəmi? Çox müəmmalı ittihamlardır.
Bir şey də maraqlıdır. Xirtdəyədək titulları, orden-medalları var. Onları qonşu dövlətin verməsi gülməli, ,,bizim” verməyimiz isə gülməli-ağlamalıdır. Elə ağır ittihamlar varsa, bunlar hamısı geri alınmalıdır. Bunun üçün istintaqın sonunu gözləmək lazımdır? Bu bizik e, çaşmayın. Əli İnsanovun həbsindən 3 saat sonra Dövlət tv-sində xəzinəyə, yaxud hansısa muzeyə məxsus qızıl külçələrin nümayişini inanırmış kimi həvəslə izləyən adamlarıq.

Unutmusunuz?
Nəysə… Özümü və bəlkə sizlərdən də bəzilərini düşündürən məqamlara toxundum. Birbaşa yazdım, redaktəyə ehtiyac duymuram…

 

İıqar Əlisoy

Tacxeber.com

Oxşar xəbərlər

“Natura”nın içindən çıxan nədir? – Video

redaktor

“Bu bakteriya ətdə, süddə, süd məhsullarında və salatlarda ortaya çıxır”

redaktor

Heyvan haqları müdafiəçisi Elxan Mirzəyevin saxlanıldığı bildirilir

admin