DünyaSiyasət

İsrail: Türkiyə HƏMAS-ı tərksilah edəcək qüvvədə ola bilməz

İsrail bəyan edib ki, Qəzzədə “Sabitlik Qüvvəsi” ilə bağlı danışıqlarda Türkiyənin iştirakını istəmir.

İsrail mənbəsi bildirib: “Türkiyə HƏMAS-ı tərksilah edəcək strukturun bir hissəsi ola bilməz. Onun iştirakı bütün prosesi sarsıdacaq.”

İsrail QƏS ölkələrindən – BƏƏ, Qətər və Bəhreyn kimi “mötədil” dövlətlərin sülhməramlı qüvvədə yer almasına etiraz etmir, çünki onların ciddi hərbi gücü yoxdur. Lakin Türkiyənin iştirakına qəti şəkildə qarşı çıxır.

Qeyd olunur ki, Türkiyə açıq şəkildə HƏMAS-ı dəstəkləyir və prezident Rəcəb Tayyib Ərdoğan ilə “Müsəlman Qardaşları” hərəkatı arasında ideoloji yaxınlıq mövcuddur.

Türkiyənin iştirakına təkcə İsrail deyil, Misir də qarşı çıxır.

Misir qorxur ki, Türkiyə onun birbaşa təhlükəsizlik zonası hesab etdiyi regionda təsir imkanlarını artırsın.

 

Elçin Alıoğlu

Tacxeber.com

Oxşar xəbərlər

Ərdoğan: Netanyahu hərbi cani kimi mühakimə olunacaq

redaktor

İrlandiyada 1 milyon insanın öldüyü dəhşətli aclıq – Türk sultanın jesti. Bu səbəbdən İrlandiyanın əsas liqasında çıxış edən komandanın loqosunda İslam simvolları – ulduz və aypara əks olunub.

admin

“Putinin “qırmızı xətləri” blefdir, NATO onların çoxunu keçib” – Stoltenberq

admin