CəmiyyətGündəmHadisə

Gecikmiş ədalət, ədalət deyil.

Ramiz Mehdiyevi tutmağa gecikdiniz. Adam dövlətə və dövlətçiliyə nə pislik bacardısa etdi. İndi ayılmısınız? Vallah, gecdir!

Gecikmiş ədalət, ədalət deyil.

Ancaq elə şeylər var ki, hələ onları düzəltmək üçün gec deyil.

Ölkədə dövlətçiliyi məhv edənlər ev dustaqlığına, dövlətçiliyi təbliğ edənlər isə “Kürdəxanı”ya salınır…

Məsələn, Azer Gasimli müəllim. Azərbaycanda həqiqi dövlətçiliyi anlayıb izah edən insanlardan biridir. Amma uydurma iddia ilə bu ziyalı adamı zindana salmısınız.

Azər müəllim nədən danışırdı? Nə üçün danışırdı? Məhkəmə (hüquq), seçki, büdcə mövzularında, Rusiyanın Azərbaycana müdaxiləsinin mümkün təsirlərinə qarşı dayanmağa çalışırdı. Azər və onun kimi insanlar ölkənin sivil dünyaya inteqrasiyasını istəyir, ona görə danışırdı. Başqa nə edə bilərdi?

Təbii ki, o da bir gün azadlığa çıxacaq. Ama elə etmək lazımdır ki, siz onu buraxanda ədalət yenə gecikməsin.

Mehdiyevin barəsində həbs-qətimkan tədbirinin seçilməsi gecikmiş olsa da müsbət haldır. Amma bu, ədalət və dövlətçilik naminə atılmış addım deyil, Rusiyanın Azərbaycana təsir etmək istədiyinin nə qədər ciddi olduğunu göstərən siqnaldır. Putin Prezident Əliyevlə görüşdən sonra ilk brifinqində dedi ki, Azərbaycan rusdilli ölkədir. Arada olan buzlar əriməyib və çətin ki, ərisin.

Məsələnin də paradoksu bundadır ki, ölkəyə gələn xarici təhdidin qarşısında duran adamları tuturlar. Dövlət dövlətçiləri qoruya bilmir… Qorumur….

Rus imperializminin ölkəyə təsirini azaltmaq, ona qarşı səmimi və müstəqil şəkildə durmaq istəyənlər içəridədir. Təbii ki, bu siyasi məhbus siyahısına salınanların hamısına aid etmirəm!

Amma yuxarıda adını çəkdiyim Azər və onun kimi insanları tanıyıram mən. Onlar dövlətçiliyin yanında olduğu üçün içəridə, ruslara “gəl-gəl” deyənlər, rus dilini ana dili hesab edənlər çöldə. İnanıram ki, bu yazını oxuyub “bu Nərimanı da tutmaq lazımdır” deyə düşünən “rusbaşlar” var.

Bunlar olacaq, nə vaxta qədər ki, hüquq (məhkəmə), seçki və büdcə anlayışları hər kəs üçün dövlətçiliyin təməli olduğu kimi qəbul edilməyəcək.

Məhkəmə, seçki, büdcə. Bunun təməli budur!

Ölkədə həqiqi dövlətçiliyi anlayıb ürəyində və çiyinlərində daşıyan bütün adamlara (vəzifəsindən və statusundan asılı olmayaraq) salam olsun!

 

Nəriman İlqaroğlu

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Atam Şuşadan ən son çıxanlardan olub, valideynlərim həsrətlə dünyadan köçdülər”-FOTO

admin

Fərid İsmayılov və Elmir Abbasov sərbəst buraxıldı

redaktor

Bahalı dərmanlar “firma dərmanları”dır?

redaktor