22 C
Bakı
12 Oktyabr 2025 12:56
DünyaSiyasətTarix

24 illik diktatorun acı sonluğu, çoxvektorlu balanslı siyasətin ömrü 24 il çəkdi.

Güllələnərək edam edilən Rumın diktatorun Sovet İttifaqına münasibəti mürəkkəb və ziddiyyətli idi. Bir tərəfdən, Rumıniya formal olaraq SSRİ-nin rəhbərlik etdiyi Varşava Müqaviləsi Təşkilatının üzvü idi və ittifaqın bir parçası sayılırdı. Digər tərəfdən isə, Çauşesku Moskvadan asılı olmayan siyasət aparırdı. Nikolae daxili, eləcə də xarici siyasətdə müstəqillik nümayiş etdirirdi. Amma SSRİ-nin süqut etməsi ilə paralel o, da batan gəmi ilə birlikdə batmaqdan özünü xilas edə bilmədi.

Çauşesku SSRİ rəhbərliyindən gizli şəkildə icazə alıb, beynəlxalq münasibətlərdə müstəqil xətt yürüdən lider kimi özünü Qərb dünyasına baha qiymətə satmağa çalışırdı. Onun bu siyasəti xüsusilə, Qərb və Asiya ölkələri ilə münasibətlərdə SSRİ-dən fərqli görünürdü.

Hətta, 1968-ci ildə Varşava Müqaviləsi təşkilatı qoşunlarının Çexoslovakiyaya müdaxiləsini Çauşesku açıq şəkildə pisləmişdi və bunu dövlət suverenliyinin pozulması kimi qiymətləndirmişdi. Bu, Moskvada “narazılıq” doğursa da, Qərb dövlətləri arasında onun nüfuzunu artırmışdı.

Tanış gəlməlidir.

1989-cu ildə – prezidentliyinin 24-cü ilində Rumın xalqına 24 il ərzində yaşatdıqlarına görə ölüm hökmünə məhkum edilən, ölmündən sora qızı küçələrdə dilənən diktator Çinlə də xüsusi müttəfiqilik əlaqələri yartmışdı. O, qurduğu bu çoxvektorlu siyasətlə münaqişə tərəfləri arasında manipulyasiya edərək hakimiyyətinin ömrünü uzadır, xalqını isə əlində olan dövlət resursları hesabına qorxudaraq, qanını içirdi.

Amma Qərb dövlətlərinin onun bu “oyunlarını” anladıqdan sonra ondan üz çevirməsi, ona qarşı bir neçə ardıcıl sanksiyaların tətbiqi nəticəsində 24 illik yetimiş kleptokrat liderin üzləşdiyi dərin iqtisadi böhran xalqı meydanlara tökdü. Heç kimin gözləmədiyi və ağlına gətirmədiyi, özünün özünü xilas etmək üçün çağırdığı ümumxalq mitinqi bir andaca 24 illik hakimiyyət kürsüsündən ikiəlli yapışan “dəmir yumruğun” əleyhinə işlədi. Qısa müddətdə sosial partlayış ölkənin hər tərəfinə yayıldı. 24 illik qorxu və ardıcıl repressiyalar, rumın xalqının daxilinə atdığı ağrı-acılar nəhayət çox kəskin şəkildə bir yerdən, heç kimin gözləmədiyi an partlaq verdi.

Acı sonluq isə hər kəsə bəllidir. Çauşesku və həyat 15 dəqiqə çəkən məhkəminin sonunda ölüm hökmünə layiq bilindi və məhkəmə hökmü icra edildi.

P. S. Yəni, müasir dünyada sən istənilən siyasi xətti yeridə, özünü xalqdan oğurladığın milyardların hesabına tam güvəndə hiss edə bilərsən. Vətəndaşlarının bütün fundamental hüquq və azadlıqlarını əlindən alıb, onları qorxu ilə tam bir həbsxanaya da məhkum edə bilərsən.

Amma birömürlük hakimiyyət iddiası elə bir lənətlik istəkdir ki, onu adama nə dünya, nə də öz xalqı bağışlayar. Bir gün elə bir ağla gəlməz yerdən hakimiyyət əldən çıxır ki, və çıxacaq ki, o zaman rasional addımlar atmaq belə mümkünsüz, vaxtı keçmiş plotonik istəkdən başqa bir şey olmayacaq.

Zamanında getməyi bacarmaq lazımdır!

Bu hər kəs üçün faydalıdır.

Qulu Məmmədli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Liderlər QORXU İÇİNDƏ! Əvvəlcə Makron, indi Liz Trass… – SIRA KİMDƏDİR?

redaktor

Baydenin oğlunun seks qalmaqalı – Azyaşlı qızlarla ŞOK GÖRÜNTÜLƏR

redaktor

Zaporojye AES-in bloklarının birində yanğın başlayıb.

admin