Diktatorlara dünyanın nüvəsindən növbəti qırmızı kart.
Nobel mükafatı və dünyanın bugünkü günü.
Demək ki, dünyanın əsas və əhəmiyyətli hissəsi hələ də haqqın və ədalətin yanındadır.
Bu çıraq isə heç vaxt sönməyəcək. Çünki bugünkü nizamı əldə etmək üçün bu mərkəzlər hansı eniş-yoxuşlardan keçiblər.
Bu il Nobel Sülh Mükafatı Venesuelanın müxalifət lideri Maria Korina Machado xanıma verildi.
Maçado xanım illərdir ölkəsində təkadam hakimiyyətinə, İlham Əliyevin avtoritar dostu, hakimiyyətdən zəli kimi yapışmış Maduroya qarşı mübarizə aparır.
Norveç Nobel Komitəsi mükafatın ona verilməsini “ölkəsində demokratik hüquqları təşviq etmək və demokratiyaya keçid uğrunda mübarizəsi” ilə əsaslandırıb.
Bu qərar, əslində, bütün avtoritar rejimlərə göndərilmiş aydın və sərt bir mesajdır. Dünyada hələ də azadlıq uğrunda mübarizə aparan cəsur insanlar var və dünyanın əsas intellektual mərkəzləri , ali qurumları bu ənənəvi dəyərləri nəyin bahasına olur-olsun qoruyacaqlarının mesajıdır bu.
Bu hələ də haqqın tərəfində duran, onu müdafiə edən, heç vaxt ölməyə qoymayaq güclərin olduğunun mesajı idi həm də.
Dünya son onillikdə düşdüyü xaosdan sanki silkinib ayılmaq mərhələsindədir. Xüsusilə də, dünynın demokratiya qarantı olan dövlətinin başına Tramp kimi demoktatiyaya, insan haqqlarına, ənənəvi dəyərlər arxa çevirən, avtoritar liderlərin əlini sıxan birinin gəlməsindən sonra sanki bu mərkəzlər soyuq duş effekti yaşadılar. Dünyanı nizamının gerdikcə təhlükə altına düşdüyünü anlayıb, yenidən toparlanmağa başladılar.
Son aylarda Qəzza faciəsi ətrafında milyonlarla insanın sülh çağırışı ilə küçələrə çıxması da bu oyanışın bir hissəsidir. Dünyanın vicdanı hələ də yaşayır, düşünən, hiss edən, ədalət istəyən beyinlər hələ də mövcuddur.
Bütün bu hadisələr bizə yenidən o böyük xatırladır ki, bəşəriyyət heç də tam olaraq gücdən, dövlət başında olan nadan və cahillərdən ibarət deyil.
Bəli, bəzən dünya qaranlığa bürünür, haqsızlıq, ədalətsizlik meydan sulayır, amma hər dəfə bir Tomas Cefferson, Con Lokk, Robespyer, Russo, Mahatma Qandi, Müsəddiq, Rəsulzadə, Mandela, Maçado çıxır və sübut edir ki, ümid həmişə var və dünyanı ayaqda saxlayan da bu inam, bu gücdür.
Ən əsaslardan biri də, bu şücaətli liderlərin arxasında dayanan xalqlardır. Onlarla bərabər təbii ki, dünyanın düşünən beyinləri, haqq və ədalət uğrunda səsini ucaldan, yol göstərən dünyaca nəhəng mərkəzlər. Onlar dünya nizamının qorunmasına, insan hüquqlarının müdafiəsinə və ləyaqətli yaşamın məsuliyyətini öz üzərinə götürən vicdan sahibləridir.
Bu gün Karakasda, Minskdə, Moskvada, Tbilisidə, Bakıda- dünyanın istənilən nöqtsəində bir insan zülmə, haqsızlığa, ədalətsizliyə yox deyirsə, onunla barışmırsa, o şərlə mübarizə aparırsa, demək ki, dünyanın ürəyi orada döyünür. Bütün diqqətləe bu qalanı saxlamağa, onu inşa etməyə yönəlir.
Bu gün Pxenyanda, Düşənbədə, Aşqabadda, Kabildə biz bunları onun üçün görmürük ki, orada meydanda şərə qarşı mübarizə aparan bir nəfər belə olsun yoxdur.
Şükürlər ki, Azərbaycanda bu güc, bu müqavimət, bu dirəniş İlham Əliyevin bütün “səylərinə” baxmayaraq ayaqdadır və günün bir günü mütləq qalib də gələcəkdir!
“Bitmedi daha sürüyor o kavga ve sürecek
Yeryüzü aşkın yüzü oluncaya dek!”
Qulu Məmmədli