18 C
Bakı
09 Oktyabr 2025 10:21
CəmiyyətDünya

Türk Hava Yollarından məsuliyyətsiz davranış!

08.10.2025 tarixində saat 06:15-də İstanbuldan Türkiyənin başqa şəhərinə daxili uçuşum planlaşdırılmışdı. Havalimanında saat 04:30-dan etibarən gözləyirdim. Biletimdə minik saatı 05:45 olaraq göstərilmişdi. Lakin 05:49-da qapıya yaxınlaşdığımda mənə bildirildi ki, qapı artıq bağlanıb.

Etiraz etdiyimdə sadəcə “qayda belədir” cavabını aldım. Nə izah, nə empatiya, nə də situasiyaya uyğun minimum anlayış göstərildi. Mənim kimi mütəmadi uçan bir sərnişinə belə, sanki ilk dəfə təyyarəyə minirəmmiş kimi qayda öyrətməyə çalışmaları, üstəlik bunu tam soyuqqanlı şəkildə etmələri, Türk Hava Yolları kimi bir brend üçün utancverici davranışdır.

Ən ironik olan isə odur ki, minik saatı rəsmi olaraq 05:45 göstərildiyi halda, qapının 4 dəqiqə sonra bağlanması və bunun “normal” kimi təqdim edilməsi, xidmət mədəniyyətinin hansı səviyyəyə düşdüyünün göstəricisidir.

Eyni gün gediş–dönüş uçuşum vardı və sadəcə bir əl çantam olmasına baxmayaraq, heç bir çeviklik və anlayış göstərilmədi. Dəstək bölməsinə yönləndirildikdə isə, orada da eyni “bizdə qayda belədir” tonuyla məsuliyyətdən yayınma ilə qarşılaşdım.

Mən hər vəziyyətdə “hər işdə bir xeyir var” deyən biriyəm, lakin bu dəfə peşəkarlıqdan kənar yanaşma sərgiləndi.
Bir şirkətin böyüklüyünü uçuş sayları deyil, insanlara münasibəti müəyyənləşdirir. Təəssüf ki, bu münasibət bu gün tam olaraq yox idi!

 

Aytac Vəlixanova

Tacxeber.com

Oxşar xəbərlər

Kadırovun vəziyyəti pisdir: Kreml ona əvəz axtarır

redaktor

İlon Mask Zelenskini niyə hədələyir? – ŞƏRH

redaktor

Qadın yumurtası mafiyası və dəhşətli əməlləri üzə çıxdı – Qonşu ölkədə

redaktor