18 C
Bakı
08 Oktyabr 2025 00:28
DünyaSiyasət

İran Rusiyadan 48 ədəd Su-35 qırıcısı almağa hazırlaşır – Newsweek

“Newsweek”in yazdığına görə, internetdə “Rostex” adlı Rusiya dövlət konsernindən sızdığı iddia olunan sənədlər Moskva ilə Tehran arasında 48 ədəd Su-35 qırıcısının tədarükünü nəzərdə tutan böyük bir sövdələşməyə işarə edir. Əgər məlumat təsdiqlənsə, bu, Ukrayna müharibəsinin başlanmasından bəri ən iri hərbi saziş olacaq.

Mətbuata görə, sənədləri “Black Mirror” adlı haker qrupunun yayımladığı bildirilir. Onlarda 686 milyon dollarlıq tədarük proqramı barədə məlumat yer alıb. Layihədə KRET konserni iştirak edir və təyyarələr “Xibinı-M” radioelektron mübarizə sistemi ilə təchiz ediləcək. Tədarüklərin 2026–2028-ci illər ərzində həyata keçirilməsi planlaşdırılır.

Fayllarda qeyd olunan “364” identifikatorunun OSINT mənbələrinin və ixtisaslaşmış KİV-lərin məlumatına görə, İrana aid olduğu bildirilir. Bu müqavilə regiondakı qüvvələr balansını ciddi şəkildə dəyişə və İsraillə son qarşıdurmalardan, eləcə də ABŞ-ın İran obyektlərinə endirdiyi zərbələrdən sonra İranın mövqeyini gücləndirə bilər.

 

Cavid Dəmirli

Tacxeber.com

Oxşar xəbərlər

Trampın paylaşımı çaşqınlıq yaratdı – Putinlə kim danışıb?

redaktor

Tehran nüvə razılaşmalarına getsə belə, bu, Təl-Əvivi qane etməyəcək – Arzu Qazıyeva

admin

Rusiyada Navalnının xatirəsinə gül gətirənlərin qeydiyyata alınması əmri verilib – KİV

redaktor