ABŞ-ın çoxlu sayda KC-135 və KC-46 yanacaq dolduran təyyarəsini Yaxın Şərqə və Böyük Britaniyaya göndərməsi İrana qarşı yeni hərbi əməliyyata hazırlığın getdiyi qənaətini yaradır. Ancaq bu qədər aşkar hazırlıq Trampın siyasətinə ziddir. Tramp daha çox rəqibini çaşdırmağı sevir. İstisna deyil ki, çoxlu sayda yanacaq dolduran təyyarəni Yaxın Şərqə və Böyük Britaniyaya göndərilməklə Tramp adminstrasiyası İrana qarşı əməliyyat hazırlığı görüntüsü yaratmaq, Venesulanı qəfil yaxalamaq istəyir.
Rusiyanın son günlər Venesula məsələsinə daha artıq diqqət yetirməsi də göstərir ki, Moskva Trampın Maduronu devirmək qərarına gəldiyini ehtimal edir. Ötən bazar günü Rusiyanın “qəmgin at” ləqəbli xarici işlər naziri Sergey Lavrov Venesuelanın xarici işlər naziri İvan Xil Pinto telefon danışığının da Moskvanın Karakası xəbərdar etməsi kimi dəyərləndirilə bilər. Rəsmi məlumata görə, telefon danışığı zamanı Lavrov ABŞ-ın Karib dənizində Venesula gəmisinə zərbə endirməsini pisləyib. ABŞ-ın Venessuela gəmisinə zərbə endirməsini pisləmək üçün telefon danışığına ehtiyac olduğu inandırıcı deyil. Çox böyük ehtimalla Rusiya xarici işlər naziri səviyyəsində Venesualını xəbərdar etmək istəyib.
Əksinə də ola bilər. Mümkündür ki, Tramp adminstrasiya İrana qarşı hərbi əməliyyat hazırlığının Tehran tərəfindən görüntü kimi qəbul edilməsinə çalışır. Venesuela ətrafında münasibətlərin gərginləşməsi, Maduronun hakimiyyətdən dinc yolla çəkilməsi üçün aparılan danışıqların dayandırılması da istisna deyil ki, Tehranı çaşdırmağa xidmət edir.
Trampın Ukraynaya “Tomahawk” raketlərin verilməsi ilə bağlı demək olaraq ki, qərar qəbul etməsi haqqında açıqlaması da iki məqsəd daşıya bilər. Birincisi, Tramp Ukraynaya “Tomahawk” raketlərin verilməsi ilə bağlı qərar qəbul etdiyini, ancaq bəzi məqamları dəqiqləşdirmək istədiyini bəyan etməklə Rusiyanı gözlənilən İran və Venesuela əməliyyatlarına seyriçi qalmasına çalışır. Ancaq o da istisna deyil ki, Tram adminstrasiyası Ukraynaya “Tomahawk” raketlərini verməklə Rusiyanın başını qatmağı da hədəfləyə bilər.
Ancaq bir məsələ tam aydındır. Tramp adminstrasiyası İran və Venesula məsələsinin yaxın zamanlarda həll edilməsinin vacibliyini anlayır. Belə demək olar ki, zaman Tramp adminstrasiyasının əleyhinə işləyir. Buna görə də böyük ehtimalla demək olar ki, Tramp çox yaxın zamanlarda İranı və Venesuelanı ardıcılıqla vurulmasını əmrini verəcək. Bu ardıcılığın necə olacağı isə qarşıdakı günlər, hətta ola bilsin saatlar ərzində müəyyənləşə bilər.