İlham Əliyevin mediası yenə “böyük siyasi skandal” tapıb: guya Nikol Paşinyan arvadı Anna üçün kabab çəkib, ermənilər də buna qəzəblənib.
Azərbaycanın hökumət mediasına baxanda elə bil animasiya filmindəsən, “Mutfilm səviyyəsində jurnalistika”. Adamlar illərlə eyni ssenari ilə yaşayırlar: bir tikə ətə göz dikib, bütöv millətin yeyilmiş taleyini görmürlər.
İlham Əliyev bir xalqı kababa çevirib, ölkəni yeyib-bitirib. Amma bu “kor media” üçün əsas məsələ Paşinyanın manqalıdır. Görəsən, Əliyevin sarayında tüstüsü qalxan neft pullarını, yeyilən millətin haqqını görmək bu qədərmi çətindir?
Ermənistan xalqı Paşinyanı tənqid edir, bu normaldır. Demokratik ölkələrdə lider tənqidi xalqın haqqıdır. Amma Azərbaycanda İlham Əliyevi tənqid etmək, özünü kababa çevirmək deməkdir. Çünki burada tənqid cinayətdir. Nəvəsi yaşında jurnalist qızları həbs etdirən bir hakimiyyətin mediası Paşinyanın kababından “dövlət ideologiyası” düzəldir.
Bütün bunların fonunda “boşqab dibi yalamaqla” gün keçirənlərə “jurnalist” demək, xalqın ağrısına təhqirdir.
Bəli, Paşinyan arvadına kabab çəkib. Amma Əliyev bir milləti odun üstünə qoyub, 30 ildir çevirir.
Fərq budur.
Bəhruz Əliyev