12 C
Bakı
04 Oktyabr 2025 10:20
MaraqlıPlanet

Qayıqla inanılmaz səyahət

Oskar Speck 4 mart 1907-ci ildə Almaniyada anadan olmuş alman macəraçısı və qayıqçı idi. O, 1932-ci ildə Almaniyanın Ulm şəhərindən qatlanan kiçik bir qayıqla yola çıxdı. Əvvəlcə məqsədi Kipr adasında mis mədənlərində iş tapmaq idi, lakin səfər zamanı fikrini dəyişərək yoluna davam etmiş və bu səyahətini dünya turuna çevirmişdi. Speck Avropadan başlayaraq Yaxın Şərq, Hindistan və Cənub-Şərqi Asiya sahilləri boyunca səyahət etmiş, yeddi il ərzində müxtəlif ölkələrdən keçərək 1939-cu ildə Avstraliyaya çatmışdı. Müharibə başladığı vaxt o, Avstraliyaya çox yaxın olan Papua Yeni Qvineya sahillərində, Saibai adasında idi. Elə həmin günlərdə Almaniya Polşaya hücum etmiş və İkinci Dünya Müharibəsi başlamışdı. Avstraliya da Britaniya imperiyasının tərkibində olduğu üçün Speck alman vətəndaşı kimi “düşmən əcnəbi” hesab edildi və internir düşərgəsinə göndərildi. Müharibə bitdikdən sonra o, Avstraliyada məskunlaşdı və opal mədənlərində işləməyə başladı. Sonrakı illərdə Sidney yaxınlığında sakit həyat sürdü və 28 mart 1993-cü ildə vəfat etdi. Oskar Speck tarixin ən uzun və çətin qayıq səfərlərindən birini həyata keçirmiş, təxminən 50 min kilometr məsafəni təkbaşına qət etmişdi. Onun səyahəti insan iradəsinin, və macəra ruhunun parlaq nümunəsi kimi yadda qalıb.

Osman Eminov

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Qərar verməzdən əvvəl mütləq qadınla məsləhətləşin

redaktor

Günəş küləyinin sürətinin artacağı gözlənilir – ETSN

redaktor

Papaya Kiyev və Moskvaya getmək qadağan edildi

redaktor