17 C
Bakı
01 Oktyabr 2025 13:00
DünyaGündəmSiyasət

ABŞ-da şatdaun!

ABŞ-da oktyabrın 1-i gecə saat 00:00-da şatdaun başladı, yəni federal büdcənin qəbul edilməməsinə səbəbindən hökumət qismən fəaliyyətini dayandırıb.

Sentyabrın 30-u ölkədə maliyyə ilinin son günü idi və köhnə büdcənin müddəti həmin gün başa çatdı. Yeni büdcə qəbul olunmadığından federal qurumların əksəriyyətinin maliyyələşməsi avtomatik olaraq dayandırıldı.

Təxminən 800 min federal qulluqçu maaşsız məzuniyyətə göndəriləcək. Qalanları isə məcburi işləməli olacaq, amma maaşlarını yalnız büdcə qəbul edildikdən sonra alacaqlar (məsələn, hava nəqliyyatı dispetçerləri, nəqliyyatda təhlükəsizlik xidməti əməkdaşları və başqaları). Hökumətin özəl şirkətlərlə müqavilələri üzrə ödənişlər də dayandırılacaq ki, bu da həmin şirkətlərin işçilərinin maaşsız qalmasına səbəb ola bilər.

Əgər şatdaun bir neçə gündən çox davam edərsə, iqtisadiyyata ciddi təsir göstərəcək.

Nə baş verir?

Yeni büdcənin qəbulu zamanı demokratlar və respublikaçılar arasında tibbi sığorta məsələsində fikir ayrılığı yaranmışdı. Demokratların tələbləri yerinə yetirilmədi. Büdcənin qəbulu üçün isə Senatda 60 səs lazımdır, respublikaçıların 53 səsi var deyə, təkbaşına qəbul etmək imkanları yoxdur və nəticədə büdcə qəbul olunmadı.

Donald Tramp özünü güclü hiss edir və hesab edir ki, amerikalılar baş verənlərdə demokratları günahlandıracaq. Demokratlar isə cavab verirlər ki, hazırda həm Konqresin hər iki palatası, həm də Ağ Ev respublikaçıların əlindədir, buna görə də bu, “sizin şatdaununuz” olacaq.

Yəni məsələ sırf daxili siyasi mübarizədir və reytinqlərə bilavasitə təsir edəcək. Şatdaun artıq başlayıb və hər iki partiya sorğulara baxacaq: amerikalılar daha çox kimi günahlandıracaq. Kimə qarşı ittihamlar daha çox olsa, o tərəf reytinq itirməmək üçün güzəştə gedəcək və büdcə qəbul ediləcək.

Baş verənlər hər hansı sistemli böhran deyil, sırf siyasi mübarizənin tərkib hissəsidir, amma fakt faktlığında qalır, şatdaun başlayıb və hökumətin maliyyəlşdirilməsi dayanıb.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

“Söyüdlü. Sianid təhlükəsizliyi.

admin

Teokratik rejim dağılır

redaktor

Budanov anons etdi: Krımda əməliyyat hazırlanır

admin