20 C
Bakı
20 Oktyabr 2026 09:23
CəmiyyətDünya

Çin TikTok-u niyə ABŞ-a satmağa razı oldu?

TikTok-un ABŞ əməliyyatlarının satışı sürətlə gerçəkləşir. Planlaşdırılan razılaşmaya görə, investorlardan ibarət qrup yeni şirkətə 14 milyard dollar ödəyəcək. Oracle, Silver Lake və Abu Dabi mərkəzli MGX əsas investorlar olacaq, ByteDance isə 20%-dən az pay saxlayacaq.

Bu məbləğ TikTok-un ABŞ əməliyyatları üçün əvvəlcədən qiymətləndirilən 30–35 milyard dollar dəyərdən xeyli aşağıdır. Əgər TikTok satilmasa, ABŞ-da qadağan ediləcək, Apple və Google kimi platformalar tətbiqi təqdim etməyəcəyi ilə hədələyirdi.

Beləliklə, Çin həm iqtisadi təzyiq, həm də strateji faktorları nəzərə alaraq, onu ABŞ-a satmağa razı oldu.
Amma belə ucuz satışı şübhələr doğurur. Bəlkə də arxada siyasi razılaşmalar da olub. Məsələn, Tayvan məsələsində.

 

Eldəniz Əmirov

Tacxeber.com

Oxşar xəbərlər

Tehranın İslamabada sərhəd mesajı

redaktor

Sanksiya, yoxsa siyasi tamaşa?

redaktor

Nardarandan Berlinə: İran bayrağı nəyi ifadə edir?

redaktor