22 C
Bakı
25 Sentyabr 2025 22:12
DünyaSiyasət

Trampın Ərdoğana münasibəti baxımından Trampın bu gün dedikləri böyük önəm daşıyır.

Təzəlikcə Tramp Ərdoğan haqqında deyib:

– Ərdoğan çox hörmətli şəxsdir. Ona bütün dünyada hörmət edirlər. Güclü ordu qurub və bizim texnikamızdan geniş istifadə edir. Onlara F-35 və F-16 qırıcıları lazımdır. Bu barədə danışacağıq. Çox maraqlı olacaq. Biz bir çox addımlar atacağıq.

– Ərdoğan sərt insandır. Öz fikri var. Mən adətən öz mövqeyi olan insanları sevmirəm. Amma o, həmişə mənim xoşuma gəlib.

– Ərdoğan Putini mənim tanıdığım qədər tanıyır.

– Hərb və ticarət məsələlərində çox yaxşı əməkdaşlığımız var. Mən istərdim ki, Rusiya Ukraynaya qarşı aqressiyanı davam etdirdiyi müddətdə o, Rusiyadan neft idxalını dayandırsın. Biz isə CAATSA sanksiyalarını Türkiyədən demək olar ki, dərhal götürə bilərik.

– Həm Putin, həm də Zelenski Ərdoğana hörmət edir. Hamı Ərdoğana hörmət edir. O, istəsə, Ukrayna müharibəsinin gedişatına böyük təsir göstərə bilər, amma mənim kimi neytral qalmağa üstünlük verir.

Kamran Cəfərov

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Avropa ölkəsindən rusiyalılara QADAĞA: Martın 11-dək…

admin

Dağıstanda yəhudilərlə bağlı gərginlik: nazirlər, xüsusi təyinatlılar əraziyə gəldi – VİDEO

redaktor

İran Ermənistanla “ayrı platforma” yaradır, “dəhliz” açır…

redaktor