10 C
Bakı
27 Mart 2026 12:39
CəmiyyətDünya

Taliban qadınların kişi diş həkimlərinə getməsini qadağan etdi

Taliban hökuməti Qəndəharda qadınların kişi diş həkimlərinə getməsini qadağan edib.

Tacxeber.com xəbər verir ki, bu barədə “Al Arabiya”ya istinadən xəbər verir.

Məlumata görə, Taliban yaraqlıları qadınları Qəndəhar boyu diş klinikalarından qovub, onlara kişi diş həkimlərinə müraciət etməməyi əmr ediblər.

Əfqanıstanda Taliban hakimiyyətə gəldikdən sonra ölkədə qadınların hüquqlarını məhdudlaşdıran tədbirlər görülməyə başlayıb.

Bu yaxınlarda Əfqanıstan hökuməti qadınların yazdığı kitabları universitetin tədris planından çıxarıb və insan haqları və cinsi qısnama mövzuları da daxil olmaqla 18 fənnin tədrisini qadağan edib. “Şəriət və Taliban əleyhinə siyasətlərə görə narahatedici” hesab edilən 680 kitabdan təxminən 140-ı qadınlar tərəfindən yazılıb.

Avqustun 10-da taliblərin Kabildə kütləvi şəkildə qadın gözəllik salonlarını bağladığı xəbəri yayılıb. Analitiklər hesab edirlər ki, bu hərəkətlər qadınları ictimai və iqtisadi həyatdan tədricən kənarlaşdırmaq siyasətinin bir hissəsidir.(Qaynarinfo)

 

Tacxeber.com

Oxşar xəbərlər

Rəşad Sadıqov: Milli komandadan təklif gəlsə…

admin

Azərbaycanın hərbi həkimləri Kahramanmaraşda 10 nəfəri əməliyyat edib – FOTO

redaktor

Tramp Putinə zəng edib

admin