23 C
Bakı
25 Sentyabr 2025 11:14
DünyaMuharibəSiyasət

Rusiya bu gün 3 ədəd təyyarə itirib.

Zaporojye istiqamətində Su-34 döyüş təyyarəsi Ukrayna hava hücumundan müdafiə vasitələri tərəfindən, Krımda isə 2 ədəd An-26 hərbi-nəqliyyat təyyarəsi (əlavə olaraq RLS) dronlarla vurulub.

Ukrayna hərbi kəşfiyyatı bir müddətdir Krımda Rusiyanın hava hücumundan müdafiə sistemlərini, o cümlədən radiolokasiya stansiyalarını, radarları, eləcə də hərbi aviasiya vasitələrini sistematik şəkildə sıradan çıxarır. Rusiya işğaldan bu yana Krımı möhkəmləndirilmiş hərbi rayona çevirib və oraya yaxın, orta, uzaq məsafəli çoxlu sayda HHM sistemi yerləşdirib. Ukrayna komandanlığı bunları zərərsizləşdirib Krımın üzərindəki müdafiə “çətir”ini ləğv etməyə nail olarsa, Kerç körpüsünü və stasionar hərbi bazaları raket zərbələri ilə məhv edərək yarımadanın demilitarizasiyasını başa çatdıracaq.

Məntiqlə düşündükdə bundan sonrakı addım Xerson və ya Zaporojye vilayətlərinin cənubuna enib, Rusiyanın Krıma açdığı quru yolunu kəsmək və yarımadanı tamamilə blokadaya salmaq olmalıdır. Qələbənin açarı budur. Şübhəsiz ki, bu, həddən artıq mürəkkəb vəzifədir və Ukrayna komandanlığının əlində kifayət qədər rezerv qüvvələr, böyük atəş gücü, yetərli sayda antidron və digər HHM vasitələri, eyni zamanda mükəmməl kəşfiyyat məlumatları olmalıdır ki, belə bir əməliyyat həyata keçirə bilsin.

Şahin Cəfərli

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Bizim bəxtimizə ki, öz nazirini öldürdən bir ölkə ilə qonşuluq düşüb.

admin

45 il sonra ədalət yerini tapdı, Norveç hökuməti təzminat ödəyəcək – FOTO

redaktor

Priqojinin oğlu “Vaqner”in rəhbəri təyin olundu.

admin