30 C
Bakı
30 İyul 2025 20:15
Siyasət

Türkiyədə seçki sorğusu – Ərdoğan birinci oldu

Türkiyədə seçki sorğusu - Ərdoğan birinci oldu

Türkiyədə seçki sorğusu – Ərdoğan birinci oldu


Türkiyədə prezident seçkiləri ilə bağlı sorğu keçirilib. Qardaş ölkənin hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan sorğuda birinci olub.

Tacxeber.azxəbər verir ki, “MetroPoll”un təşkil etdiyi seçki sorğusunda 42,1 faiz səs toplayan Ərdoğan bütün rəqiblərini geridə qoyub.

O, ən yaxın rəqibi Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu 19,6 faiz üstələyib. Bundan əlavə, Mənsur Yavaş 16,9 faiz səs toplayıb, Əkrəm İmamoğlu isə siyahıda yer almayıb.

Rəyi soruşulan respondentlərin 42 faizi prezident seçkilərində Ərdoğana səs verəcəkləri bildirib. 23 faiz respondent Kılıçdaroğlunu, 17 faiz Yavaşı, 12 faiz isə HDP-nin namizədini dəstəkləyəcəyini açıqlayıb.

Qeyd edək ki, Türkiyədə növbəti prezident seçkiləri gələn ilin yayında keçiriləcək. İqtidar düşərgəsi Prezident Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürüb, müxalifət isə hələ də vahid namizədini müəyyən edə bilməyib.,Modern.az

Siyasi analitiklər Ərdoğan yenidən prezident seçilmək şansının digərlərinə nisbətdə yüksək olduğunu düşünür.

Tacxeber.az

Oxşar xəbərlər

Elman Nəsirov: “Seçicilərim mənə zəng vurub soruşurlar ki, Vahid müəllim niyə belə danışıb?”

redaktor

“Rusiyanın çöküşü Azərbaycan üçün də təhlükəlidir…- Ehtiyat tədbirlər görülməlidir…”

admin

Zelenski Rusiyayla yeni danışıqlar raundunu elan etdi – görüş İstanbulda baş tutacaq

redaktor