“SOCAR-ın İnvestisiya departamentinin rəhbərinin keçmiş müavini Adnan Əhmədzadə Azərbaycanda həbs olunub. O, iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.
Adnan Əhmədzadə ötən gün “Formula 1” üzrə Azərbaycan Qran-prisinin yarışlarına baxmaq üçün əraziyə gedib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları iş adamını məhz orada saxlayıblar. Həmçinin onun yanında şəxsi mühafizəçiləri də olub.
Bildirək ki, A. Əhmədzadə yarışın keçirildiyi əraziyə “Maybach” markalı “77-AA-555″ dövlət qeydiyyatı nişanlı avtomobili ilə gəlibmiş”.
Adnan Əhmədzadə rejimin neftlə bağlı maxinasiyalarında boyuk rol oynamış bir şəxsdir.
Hətta İlham Əliyev onu vaxtilə “Tərəqqi” medalı ilə təltif edib.
Bir müddət əvvəl Əhmədzadə Messini və Barselonanın prezidenti Laportanı Bakıya gətirməklə gündəm olmuşdu.
Bəzi ekspertlər Adnan Əhmədzadənin həbsini onun bu vaxta qədər əldə etdiklərinin əlindən alinması əməliyyati kimi qiymətləndirirlər. (Azadlıq Qəzeti)