CəmiyyətGündəmTəhsil

Gülanə Əliyevanın rəhbəri olduğu 250 saylı məktəbdə niyə pul yığılır?

Tacxeber.com xəbər verir ki, Oxu.Az-a istinadən xəbər verir ki, valideyn qrupunda pul yığılması tələb edilir.

“Mənim övladım 8-ci sinifdə oxuyur. Dərslərin başladığı iki-üç gündür, artıq valideyn qrupunda pul yığmağa start verilib”, – deyə şikayətdə bildirilib.

Məsələ ilə bağlı 250 nömrəli tam orta ümumtəhsil məktəbindən bildirilib ki, 8-ci siniflərdə pul yığılması ilə bağlı valideynlərin və müəllimlərin iştirakı ilə məktəbdaxili araşdırma aparılıb.

“Araşdırma zamanı məlum olub ki, 8c sinfində məktəb rəhbərliyinin xəbəri olmadan bir qrup valideyn tərəfindən öz təşəbbüsləri ilə vəsait toplanılıb. Lakin bəzi valideynlər narazı olduqları üçün təşəbbüs baş tutmayıb”, – deyə məlumatda bildirilib.

Bakı Şəhəri üzrə Təhsil idarəsindən (BŞTİ) isə məsələ ilə bağlı bildirilib ki, paytaxtdakı 250 nömrəli tam orta ümumtəhsil məktəbində vəsait toplanması iddiası ilə bağlı qurum tərəfindən araşdırma aparılacaq.

“Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır”, – deyə məlumatda vurğulanır.

 

Tacxeber.com

Oxşar xəbərlər

AXCP üzvünu mülki geyimlilər saxladı

admin

İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək

redaktor

Rəşadın öldürdüyü şəxs tanınmış meyxanaçının qohumu imiş…

redaktor