22 C
Bakı
16 Oktyabr 2026 20:52
CəmiyyətDünya

Ay nazir, deputatın müraciətinə niyə cavab vermirsən?-Səyyad Aran

Nazirlər, komitə sədrləri mətkublarımıza və telefonlarımıza cavab vermir.

Tacxeber.comxəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Səyyad Aran deyib.

O qeyd edib ki, xalqla üzbəüz qalan deputatdır, nazir və komitə sədrləri deyil:“Seçicilər məndən soruşur ki, ay müəllim, filan məsələ bəs nə oldu? Cavabı mən verməli oluram. Bəs, ay nazir, ay komitə sədri, sən niyə deputatın müraciətinə cavab vermirsən? Heç olmasa köməkçilərinə göstəriş versinlər. Bizim nazirlərin tempi ölkə Prezidentinin iş tepminə uyğun deyil.

Növbəti plenar iclasların birində mən bu adamların adını çəkəcəm. Verdikləri cavablar isə çox bivecdir”. (Gününsesi.info)

 

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan türk jurnalisti beynəlxalq axtarışa verib

redaktor

Qərb niyə irəli getdi, İslam dünyası niyə geridə qaldı?

redaktor

Hindistan və Çin Mərkəzi Asiyada hərbi nüfuz uğrunda yarışır

redaktor